Daha bir avtobusun son dayanacaq məntəqəsi dəyişdirilib 

8 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi dəyişdirilib. Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən “OLAYLAR”-a bildirilib ki, dəyişikliyə əsasən, son dayanacaq məntəqəsi olaraq Rəsulzadə qəsəbəsi müəyyən edilib.

8 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobusların son dayanacaq məntəqəsi dəyişdirilib. Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsindən "OLAYLAR"-a bildirilib ki, dəyişikliyə əsasən, son dayanacaq məntəqəsi olaraq Rəsulzadə qəsəbəsi müəyyən edilib. Belə ki, 8 nömrəli marşrut üzrə avtobuslar metronun "Azadlıq prospekti" stansiyasından keçməklə, Rəsulzadə qəsəbəsinədək hərəkət edəcək. Məqsəd, Rəsulzadə qəsəbəsi sakinlərinin şəhər mərkəzinə rahat gediş-gəlişini təmin etmək, eyni zamanda metronun "Azadlıq prospekti" stansiyası ətrafında mövcud olan nəqliyyat sıxlığını aradan qaldırmaqdır. Bakı Nəqliyyat Agentliyinin qərarına əsasən, 8 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar 13 fevral tarixindən sınaq üçün yenilənmiş trayektoriya üzrə hərəkət edəcək. Məlumata görə, hazırda son dayanacağı metronun "Azadlıq prospekti" stansiyası olan marşrut avtobuslarının da hərəkətində dəyişiklik ediləcək. Nəqliyyat Mübadilə Mərkəzləri konsepsiyasının tələbinə uyğun olaraq, həmin əraziyə gələn sərnişin avtobusları son danayacaq olaraq Dərnəgül Nəqliyyatı Mübadilə Mərkəzinə yönəldiləcək. Qeyd edək ki, sərnişin avtobuslarının Dərnəgül Nəqliyyatı Mübadilə Mərkəzinə rahat giriş-çıxışının təmin edilməsi üçün ərazidə zəruri infrastruktur yaradılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31