Sərkisyan öz rejimini qorumaq üçün ölkəsini qurban verməyə razıdır

“Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəallıq nümayiş etdirsə də, Ermənistan qeyri-konstruktiv mövqe tutur”. “OLAYLAR”-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə,  bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini  Rövşən Rzayev səsləndiriib.

"Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində fəallıq nümayiş etdirsə də, Ermənistan qeyri-konstruktiv mövqe tutur". "OLAYLAR"-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə,  bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini  Rövşən Rzayev səsləndiriib. O, bildirib ki, Ermənistan rəhbərliyi münaqişənin həlli prosesini uzatmaq və ya bu prosesə mane olmaq üçün gah təxribatçı hərəkətlərə əl atır, gah da danışıqlardan yayınmağa çalışır: "Sərkisyan rejimi bu amildən öz şəxsi maraqlarını - korrupsiyaya söykənən biznesini qorumaq üçün istifadə etsə də, bu hal Ermənistan üçün ciddi tənəzzülü şərtləndirir. Ermənistanın iqtisadi tənəzzülünün, regionda blokada vəziyyətində olmasının başlıca səbəbi onun işğalçılıq siyasətidir. Ermənistanda keçirilən mitinqlər zamanı vətəndaşları bu məqamları səsləndirir, Sarkisyanı istefaya dəvət edirlər. Amma görünən odur ki, Sərkisyan öz rejimini qorumaq üçün ölkəsini qurban verməyə razıdır"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31