Sumqayıtda “Fitnə” filmi nümayiş olunub

Fevralın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Sumqayıt şəhər 10 saylı tam orta məktəbdə “Fitnə” sənədli filmi nümayiş etdirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Şirin Cəfərov, məktəbin direktoru Tahir Nəsibov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tahir Nəsibov gənclərin zərərli dini cərəyanlardan qorunmasında təhsilin vacibliyini vurğulayıb. O, qeyd edib ki, bu cür maarifləndirici tədbirlər milli-mənəvi dəyərlərimizin təbliğində mühüm rol oynayır.

Fevralın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Sumqayıt şəhər 10 saylı tam orta məktəbdə "Fitnə" sənədli filmi nümayiş etdirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Şirin Cəfərov, məktəbin direktoru Tahir Nəsibov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tahir Nəsibov gənclərin zərərli dini cərəyanlardan qorunmasında təhsilin vacibliyini vurğulayıb. O, qeyd edib ki, bu cür maarifləndirici tədbirlər milli-mənəvi dəyərlərimizin təbliğində mühüm rol oynayır.
"Fitnə" filmi izləndikdən sonra DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Şirin Cəfərov tədbir iştirakçılarına qeyri-ənənəvi dini təriqətlər haqqında qısa məlumat verərərək, tolerantlıq və multikulturalizm ənənələrinin tarixindən danışıb. Bildirib ki, həyata keçirilən din siyasəti, aparılan maarifləndirmə işləri nəticəsində radikal dini cərəyanlar özlərinə cəmiyyətdə yer tapa bilmirlər. Ş.Cəfərov bildirib ki, gənclərin üzərinə düşən əsas vəzifə təhsil almaq və cəmiyyət üçün faydalı vətəndaş olmaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31