Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu müzakirə edilib
9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Badamdar qəsəbəsi 236 saylı tam orta məktəbdə 2017-ci il “İslam Həmrəyliyi İli” çərçivəsində “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbirdə məktəbin direktoru Xanlar İmaməliyev orta məktəblərdə dini radikalizmlə bağlı keçirilən bu cür tədbirlərin əhəmiyyətindən danışıb. DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov dini radikalizmin mahiyyəti, onun milli-mənəvi və dini dəyərlərimizə qarşı olan zərərli təsirləri barədə geniş məlumat verib. Səbail Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı İ.Kərimov rayondakı mövcud dini vəziyyət, dini etiqad azadlığının təminatı sahəsində görülən işlər, dini radikalizmlə mübarizədə aparılan tədbirlər barədə məlumat verib.
9 Fevral 2017 17:09 Sosial9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Badamdar qəsəbəsi 236 saylı tam orta məktəbdə 2017-ci il "İslam Həmrəyliyi İli" çərçivəsində "Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu" mövzusunda tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə məktəbin direktoru Xanlar İmaməliyev orta məktəblərdə dini radikalizmlə bağlı keçirilən bu cür tədbirlərin əhəmiyyətindən danışıb. DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Nuru İmanov dini radikalizmin mahiyyəti, onun milli-mənəvi və dini dəyərlərimizə qarşı olan zərərli təsirləri barədə geniş məlumat verib. Səbail Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı İ.Kərimov rayondakı mövcud dini vəziyyət, dini etiqad azadlığının təminatı sahəsində görülən işlər, dini radikalizmlə mübarizədə aparılan tədbirlər barədə məlumat verib.
Din xadimi Sadiq Əsgərov dini radikalizmin yaranmasının əsas səbəblərindən söz açıb. Tədbirin sonunda "Fitnə" sənədli filmi nümayiş etdirilib.