Ümumtəhsil məktəblərində sorğu təşkil edilib
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Ağcabədi rayon Heydər Əliyev Mərkəzində təsdiq olunmuş tədbirlər planına əsasən silsilə tədbirlər həyata keçirilir. “OLAYLAR”-ın Rayon İcra Hakimiyyətinə istinadən verdiyi xəbərə görə, tədbirlər planına uyğun olaraq rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən şəhər ümumtəhsil məktəblərində sorğular keçirilib.
9 Fevral 2017 17:10 SosialXocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Ağcabədi rayon Heydər Əliyev Mərkəzində təsdiq olunmuş tədbirlər planına əsasən silsilə tədbirlər həyata keçirilir. "OLAYLAR"-ın Rayon İcra Hakimiyyətinə istinadən verdiyi xəbərə görə, tədbirlər planına uyğun olaraq rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları tərəfindən şəhər ümumtəhsil məktəblərində sorğular keçirilib. Sorğular zamanı məktəblilərə Azərbaycanın tarixi, coğrafiyası, ədəbiyyatı,o cümlədən əsrlər boyu ermənilər tərəfindən vətəndaşlarımıza qarşı törədilmiş etnik təmizləmə, soyqırım və işğal siyasətindən və digər sahələrdən şifahi suallar verilmiş, onların ümumi bilik səviyyələri yoxlanılıb. Sorğulara verilmiş cavablara əsasən ümumi nəticə qənaətbəxş hesab edilib.