Gündəm
Ancelina Coli depressiyadan qurtuldu
Dünyanın ən məşhur aktrisalarından biri, Hollivud ulduzu Ancelina Coli 6 övladı ilə birlikdə Londondadır. 41 yaşlı aktrisa 10 yaşlı Şaylo və Noks, habelə 8 yaşlı Vivyen ilə birlikdə alış-verişə çıxmışdı.
Futbolun zirvəsindən zirzəmisinə...
Qanalı məşhur futbolçu Maykl Essyen gözlənilməz transferlə diqqət mərkəzinə düşüb. 34 yaşlı oyunçu İndoneziyanın "Persib Bandung" klubuna transfer olunub. O, 1+1 illik müqaviləyə imza atıb.
"Qalatasaray"dan tarixi qərar
Türkiyə "Qalatasaray"ının futbolçusu Sabri Sarıoğlu mövsümün sonunda komandadan göndəriləcək. "NTV Spor" klub rəhbərliyinin baş məşqçi İqor Tudorun raportuna əsasən qərar verdiyini bildirib.
Tibbdə yeni KƏŞF: İnsan öləndən sonra beyni...
“Ölümdən sonra həyat varmı?” sualını yenidən gündəmə gətirən hadisə Kanadada baş verib. Belə ki, Kanada xəstəxanalarının birində xəstə öləndən sonra beyin fəaliyyətinin 10 dəqiqə ərzində davam etdiyi aşkarlanıb.
Həmrəylik Festivalı-2017
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) ölkənin mutikultural dəyərlərinə və dövlət siyasətinə dəstək olaraq Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə Badamdar Hotelin “Qəbələ” zalında 14 Mart, 2017-ci il tarixində "Həmrəylik Festivalı-2017" adlı tədbir həyata keçirmişdir.
Dodaqlar niyə çatlayır?
Quru, çatlamış dodaqlar ciddi estetik qüsur yaradır. Digər tərəfdən çatlamış dodaqlar ağrıyır, qanayır, onların üzərində yaralar əmələ gəlir, infeksiyalaşmanın riski artır.
Kolleclərə tələbə qəbulu elan edilib
Dövlət İmtahan Mərkəzi 2017/2018-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə ümumi (9 illik) orta təhsil bazasında tələbə qəbulu elan edib. DİM-dən verilən məlumata görə, orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 2017-ci il martın 14-dən aprelin 4-dək internet vasitəsilə aparılır.
Qızlar üçün maraqlı NOVRUZ FALLARI
Çərşənbə axşamına uşaqlar çoxlu paxlava, qoğal, şəkərbura yediyi, gənc qızlar isə Novruz fallarına baxa biləcəyi üçün sevinir. Axı qızlar fala baxmağı çox sevir, həm də bu əyləncəli fallar bayram axşamı əhvalı qaldırır.
İsmayıllıda meşə sahəsi yanıb
İsmayıllı rayonunda meşəlik ərazidə yanğın hadisəsi baş verib. Hadisə bu gün axşam saatlarında rayonun Talıstan kəndində qeydə alınıb. İstirahət mərkəzinə yaxın ərazidə meşə sahəsində baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-in İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Hadisə zamanı ümumi sahəsi 400 kvadratmetr olan meşədə ağaclar və kol-kos yanıb. Yanğınsöndürənlərin və kənd sakinlərinin köməkliyi ilə alovun genişlənməsinin qarşısı alınıb və yanğın söndürülüb.
Bakı-2017 Xəzərdən başlayan su səyahəti turunu elan etdi
Bu gün Bakı-2017 İslam Həmrəyliyi Oyunları "Xəzərdən başlayan səyahət" marşrutunu elan edib. Bu layihə ilk dəfə 5 aprel tarixində Daş Salnaməsi Muzeyində keçiriləcək və ondan sonra Azərbaycanın 15 bölgəsinə səfər edəcək.
Baş Prokurorluq bir sıra KİV-ə xəbərdarlıq edib
Azərbaycan Baş Prokurorluğu bir sıra KİV-ə xəbərdarlıq edib. Baş Prokurorluğun mətbuat xidmətindən daxil olan məlumatda bildirilir ki, Baş Prokurorluqda aparılmış araşdırmalarla müəyyən edilib ki, son günlər bəzi KİV-də, o cümlədən criminal.az, xeberinfo.com və azpolitika.info internet saytlarında Müdafiə Nazirliyi tərəfindən hər hansı rəsmi açıqlama verilmədiyi halda müvafiq olaraq “Əsgərin intihar etdiyi bildirilir - Bədənində çoxlu yara izləri vardı”, “Daha bir əsgər ölümü” və “Daha bir əsgər ölümü - İntihar, yoxsa?..” başlıqlı məqalələrdə Azərbaycan Respublikası ərazisində qanunsuz fəaliyyət göstərən “Meydan TV”yə istinadən sensasiya naminə məlumatlar dərc edilib.
Katibə, kargüzar, sürücü və liftçilər dövlət qulluğuna testlə qəbul olunacaq
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən, test imtahanından müəyyən edilmiş keçid balını toplayan şəxsə Dövlət İmtahan Mərkəzi (bundan sonra - Mərkəz) tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən Sertifikat (bundan sonra - Sertifikat) veriləcək.
RİH başçılarının müavinləri, Agentlik və Xidmət rəhbərləri dövlət qulluğuna testlə qəbul ediləcək - SİYAHI
Nazirlər Kabinetinin təsdiqlədiyi yeni qayalarda dövlət qulluğuna qəbulun müsabiqə əsasında aparıldığı təsnifatların sayı artırılıb. Yeni qaydalara əsasən, inzibati vəzifələrin 1-ci təsnifatı üzrə dövlət orqanlarında aparat rəhbəri, inzibati vəzifələrin 2-ci təsnifatı üzrə dövlət orqanlarında aparat rəhbəri, dövlət orqanlarında aparat rəhbərinin müavini və şöbə müdiri, yerli icra hakimiyyəti başçısının birinci müavini, müavini, mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərləri, fondların icraçı direktoru və direktoru test imtahanı ilə dövlət qulluğuna qəbul ediləcək.
ADU-da “İslam həmrəyliyi və islam elm tarixində Azərbaycan məktəbi” mövzusunda mühazirə oxunub
Martın 14-də Azərbaycan Dillər Universitetində (ADU) Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri, fəlsəfə doktoru Rəşad İlyasov universitetin tələbələrinə “İslam həmrəyliyi və islam elm tarixində Azərbaycan məktəbi” mövzusunda mühazirə oxuyub.
ADU-da Şahin İsmayılovla görüş keçirilib
Martın 14-də Azərbaycan Dillər Universitetinin (ADU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən Tələbə Diplomatlar Klubunun (TDK) “Ali Qonaqlar, Elmi Maraqlar” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılovla görüş keçirilib.













