Gündəm
Deputat Ramanada görüş keçirdi
27 saylı Sabunçu ikinci seçki dairəsinin deputatı Dilarə Cəbrayılova seçiciləri ilə növbəti görüşünü keçirib. Sabuncu rayon Ramana qəsəbəsində keçirilən görüş zamanı çıxış edən millət vəkili seçicilərini İlaxır Çərşənbə münasibəti ilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb. Daha sonar ölkədə baş verən ictimai-siyasi proseslərdən danışan Dilarə Cəbrayılova qeyd edib ki, 2017-ci il Azərbaycan üçün uğurlu başlayıb. Ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, ümumilikdə vətəndaşlarımızın sosial rifah halı yüksəlib.
Karmran Babayev: "Türkiyədə 2 mindən çox holland şirkəti fəaliyyət göstərir"
Türkiyə və Niderland arasında iqtisadi əlaqələri zəngin münasibətlər kimi xarakterizə etmək olar. Bu sözləri millət vəkili Kamran Bayramov deyib.
Daha bir "qanunu oğru" öldürüldü
Moskvada "qanuni oğru" müəmmalı şəkildə öldürülüb. ilkin ehtimala görə, 27 yaşlı "qanuni oğru" Maksim Fransuzovu ("Fransuz") yaşadığı mənzilin pəncərəsindən atıblar.
Azərbaycanda körpələrə göy cisimləri, planetlərin adları verilir
Azərbaycanda doğulan körpələrə müxtəlif planet və göy cisimlərinin adları da verilir. Körpələrə Günəş adı daha çox qoyulub. Belə ki, son beş ildə 684 körpəyə Günəş, 111-nə Ulduz, 83-nə Səyyarə adı qoyulub. Bundan başqa, son beş ildə 105 körpəyə Dünya, 83-nə Dünyamin, 8-nə Venera, 5-nə Kainat adı verilib.
Rusiya Türkiyədən pomidor və xiyar idxalını azaltmaq niyyətindədir
Rusiya Türkiyədən yalnız az tapılan məhsulların idxalını həyata keçirəcək. Bunu Rusiyanın kənd təsərrüfatı naziri Aleksandr Tkaçyov bildirib. Digər kənd təsərrüfatı məhsullarının idxal olunması məsələsinə gəldikdə isə, nazir vurğulayıb ki, pomidor və xiyar kimi tərəvəzlərlə Rusiya özü-özünü təmin etməlidir.
Dövlət qurumları arasında zəli qalmaqalı böyüyür
Dövlət Gömrük Komitəsinin dünən müsadirə etdiyi zəlilərlə bağlı qalmaqal böyüyür. Qanunvericiliyin tələblərinə əsasən, zəlilər Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilməli olsa da, Komitə onları Zoologiya İnstitutuna təhvil verib. Bu məsələ isə qurumlar arasında narazılıq yaradıb.
Xarici ölkə diplomatları Novruz adətlərini nümayiş etdirdilər
Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 14-17 mart tarixlərində Akademiyada “İslam Həmrəyliyi ili”nə həsr olunmuş “Novruz, multikultural dəyərlər dünya dinlərinin həmrəyliyi kontekstində” beynəlxalq festival keçirilir. Fonddan “Olaylar” – a bildirilir ki, tədbirin birinci günü Azərbaycanda fəaliyyət göstərən səfirlik və diplomatik nümayəndəlik rəsmilərinin təmsil etdikləri xalqların Novruz adətlərindən bəhs edən elmi-praktik konfrans olub.
İsmayıllı sakinindən 1 kq marixuana götürülüb
İsmayıllı şəhər sakini Ağabağır Sultanovda narkotik maddə aşkar edilib. DİN-dən verilən mlumata görə, İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər sakini Ağabağır Sultanovun evindən 1 kiloqram 327 qram marixuana götürülüb. Araşdırma aparılır.
Dələduzluqla məşğul olan keçmiş məhkum saxlanıb
Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il noyabrın 10-dan cari il yanvarın 26-dək olan müddətdə şəhər ərazisində 2 avtomobildən və 2 evdən pul və məişət əşyaları oğurlayan şəxs saxlanıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, keçmiş məhkum Əjdər Nəcəfəliyevin ətrafında aparılan əməliyyat tədbirlri nəticəsində onun 1 nəfərə qarşı dələduzluq etməsi faktı aşkar edilib.
Beş evi qarət edən şəxs ələ keçib
Bakıda evlərə qənim kəsilən şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə martın 7-10-da rayon ərazisindəki 5 evdən pul, məişət və geyim əşyaları oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini Taleh Mürsəlov tutulub. Araşdırma aparılır.
Ermənistanda seçkiqabağı silahlı qarşıdurma olub, 3 nəfər yaralanıb
Ermənistanın Armavir rayonunun Crarat kəndində deputatlığa namizədlərin tərəfdarları arasında qarşıdurma və atışma olub.
Coğrafiya İnstitutundan tozlu hava ilə bağlı AÇIQLAMA
"Azərbaycana toz dumanının daxil olması adi haldır və belə hal tez-tez müşahidə edilir". Bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib.
Pakistan nümayəndə heyəti Hərbi Dəniz Qüvvələrində olub
Pakistan İslam Respublikasının Hərbi Dəniz Qüvvələri Akademiyasının rəhbər heyəti Azərbaycan Respublikasının Hərbi Dəniz Qüvvələrini ziyarət edib. “OLAYLAR”-ın xəbərinə görə, əvvəlcə HDQ komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov ilə Pakistan nümayəndə heyətinin rəhbəri briqada generalı Syed Ahmad Ovais Hayder Zaidi arasında keçirilən görüşdə iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlıq məsələləri müzakirə edilib və qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb. Pakistan nümayəndə heyəti HDQ-nin ərazisi, təminat bazası ilə tanış olduqdan sonra brifinq təqdim olunub.
Mərc oyunlarının keçirilməsi qaydalarına dəyişiklik edildi
Nazirlər Kabineti "İdman mərc oyunlarının həyata keçirilməsi məqsədi ilə hüquqi şəxsin akkreditasiya olunması Qaydası"nın və "İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 20 avqust tarixli 153 nömrəli qərarında dəyişikliklər edilməsi barədə qərar verib.
Ərdoğan müsəlmanları Avropaya qarşı SƏSLƏDİ
"Müharibə zamanı səhiyyə işçilərinə atəş açılmır. Əgər hollandiyalı olsa, mütləq atəş açar. Biz Hollandiya və hollandiyalıları Srebrenitsa qətliamından tanıyırıq. Onların əxlaqına 8 min bosniyalını qətlə yetirmələrindən bələdik. Bunları yaxşı bilirik. Kimsə bizə mədəniyyət dərsi verməsin. Bu millətin alnı açıq, üzü ağ, onlarınkı isə qaradır".














