Gündəm

Prezident İlham Əliyevin Parisdə rəsmi qarşılanma mərasimi olub

14 Mart 2017 16:19

Martın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Parisdə rəsmi qarşılanma mərasimi olub. Prezident İlham Əliyev Parisin Veteranlar meydanında yerləşən Ordu Muzeyinə gəldi.

"Daşnakların dəst-xətti və hərəkət metodları olduğu kimi Qafqazda da təkrarlanır"

14 Mart 2017 16:16

"Daşnakların dəst-xətti və hərəkət metodları olduğu kimi Qafqazda da təkrarlanır". Özbəkistan tarixçisi, publisisti Şuxrat (Barlas) Salamov bu gün Bakıda "Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransda deyib.

“Azərbaycan Xalq bayramı - Novruz”

14 Mart 2017 16:14

Mart ayının  14-də Milli Kitabxanada sərgi təşkil olunub. Kitabxanadan “Olaylar”  – a bildirlib ki, xalqımızın milli bayramı olan Novruz bayramı münasibəti ilə təşkil olunan sərgi  “Azərbaycan Xalq bayramı - Novruz” adlı kitab sərgisidi.

“İnteraktiv açıq dərs”- də maqnit sahəsinin qanunları

14 Mart 2017 16:13

AMEA Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin şagirdləri üçün növbəti “interaktiv açıq dərs” keçirilib. Bölmədən “Olaylar” – a bildirilib ki,  Təbii Ehtiyatlar İnstitutunun Fiziki tədqiqatlar laboratoriyasının rəhbəri, fizika üzrə fəlsəfə doktoru, dosent Məmməd Hüseynəliyevin “Maqnit sahəsinin qanunları” mövzusunda apardığı dərsdə şagirdlərə maqnit sahəsinin induksiyası, cərəyanlı naqilə və hərəkət edən yüklü zərrəciyə təsiri haqqında  ətraflı məlumat verilib. Dərs zamanı şagirdlərə cərəyanlı maqnit sahəsinin qarşılıqlı təsirinin izahı verilib, həmçinin slayt vastəsilə induksiya cərəyanının maqnit sahəsinə aid misallar göstərilib.

Novruz hədiyyəniz bizdən olsun

14 Mart 2017 16:11

Novruz bayramı ərəfəsində özünə və yaxınlarına hədiyyə etmək istəyənlər üçün Azercell-dən əla fürsət! İndi bütün abunəçilər çox sərfəli şərtlərlə Samsung J2 Prime və ya GM 5+ smartfonlarından birinə sahib ola bilərlər. Martın 14-dən etibarən abunəçilərə təqdim olunan yeni “Smartfon Baharı Kampaniyası” ilə artıq hər kəs arzuladığı telefonu əldə edə bilər. Kampaniya çərçivəsində abunəçilər Samsung J2 Prime və ya GM 5+ kimi 4G-dəstəkli smartfonları aylıq müvafiq olaraq cəmi 35AZN və 50AZN-dən başlayan ödənişlə əldə etməklə yanaşı, bir sıra üstünlüklər də qazanırlar. Belə ki, abunəçilər Samsung J2 Prime və ya GM 5+ smartfonlarından birini seçməklə, 12 aylıq hədiyyə 5GB, 10GB və ya  Limitsiz (50GB) Mobil İnternet paketindən istifadə etmə imkanına sahib olurlar. Kampaniyadan yararlanmaq üçün abunəçilər Azercell Müştəri Xidmətləri və ya Diler Ofislərinə yaxınlaşmalıdırlar.

Tramp kəşfiyyata terrorçuları məhv etmək üçün PUA-dan istifadə icazəsi verdi

14 Mart 2017 16:06

ABŞ prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) terrorçularla mübarizədə pilotsuz uçuş aparatlarından zərbə endirmk icazəsi verib.

Keçmiş müdafiə naziri: “Rusiya bazası olmasaydı Türkiyə qoşunları Ermənistana girmişdi...”

14 Mart 2017 16:03

Əgər Rusiya hərbi bazası olmasaydı Türkiyə Ermənistana qoşun yeritmişdi. Bunu Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan deyib. Onun sözlərinə görə, 102-ci hərbi baza Ermənistanı Suriyanın aqibətini yaşamaqdan xilas edib.

Ohanyan Sarkisyanı hədələyir

14 Mart 2017 16:00

Bütün sahələrdə dərin böhran yaşayan Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. Tərəflər bir-birlərini təhdidə davam edirlər. Bu çəkişmələrdən yorulan əhali isə problemlərinin həllini istəyir.

"Sosial evləri 4 faizli dövlət ipoteka kreditini alan şəxslər əldə edəcəklər"

14 Mart 2017 15:58

Sosial evlərə bir çox kateqoriyadan olan insanların ehtiyacı var. Bu sözləri SİA-ya açıqlamasında əmlak eksperti Nüsrət İbrahimov deyib. Onun sözlərinə görə, sosial evlərin tikilməsi ilə bu kateqoriyadan olan insanların ev problemi bir qədər yüngüləşəcək və problem öz həllini tapacaq: “Sosial təminatı az olan yüzlərlə gənc ailə "Güzəştli mənzil" layihəsini gözləyir.

Hollandiya Türkiyədən üzr istəyəcək! AKTUAL+ANALİZ

14 Mart 2017 15:57

Türkiyə ilə Avropa İttifaqının (Aİ) Almaniya, Hollandiya, İsveçrə və s. kimi ölkələri arasında yaşanan gərginlik sonda bir daha təsdiq etdi ki, qoca qitənin yürütdüyü “demokratiya” siyasəti heç də bu amili ehtiva etmir və bu siyasətin pərdə arxasında dayanan amillər ikiüzlülük, riyakarlıq tandemləri ilə ölçülür. Ümumiyyətlə, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü ittihamları fonunda biz Aİ-də demokratiyanın deyil, faşizm ideologiyasının vüsət almasının şahidlərinə çevrilirik. Xüsusilə, Hollandiyada türk toplumunun dövlətçilik maraqlarının müdafiəsinə qalxmasının itli-atlı polis tərəfindən zorakılıqla, hətta faşist üsul-idarəsi ilə alınması bu iddianın nə qədər reallığa yaxın olduğunu göstərir.

Ermənistan və Rusiya prezidentlərinin görüşü...

14 Mart 2017 15:55

“Ermənistan və Rusiya prezidentlərinin Moskvada baş tutacaq görüşü Rusiya ilə Fransa arasında Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil edilməsi ilə bağlı yaxşı mənada rəqabətin bir hissəsidir. Lakin kimin bu yarışda qabaqcıl olması bu görüşdən asılı olacaq”. Bunu  politoloq Mübariz Əhmədoğlu deyib.

Azərbaycan fikir, söz və məlumat azadlığına çoxvektorlu, universal şəkildə yanaşır

14 Mart 2017 15:48

Demokratik dəyərlərə sadiqlik nümayiş etdirib bu prinsip və normaların bütün sahələrdə tətbiqinə çalışan, buna nail olan Azərbaycan mətbuat sahəsində də demokratiya, söz və ifadə azadlığının təmin olunmasında dünya dövlətləri arasında xüsusi yer tutur.

“Cocuq Mərcanlıdan Şuşaya”

14 Mart 2017 15:46

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı və YAP Gənclər Birliyinin “Cocuq Mərcanlıdan Şuşaya” birgə layihəsi çərçivəsində fəal gənclərin Füzuli və Cəbrayıl rayonlarına səfəri təşkil edilib.

Alman Akademik Mübadilə Xidmətinin proqram təqdimatı

14 Mart 2017 15:46

Mart ayının  14-də AMEA-nın Rəyasət Heyəti aparatının Beynəlxalq Əlaqələr İdarəsinin təşkilatçılığı ilə Alman Akademik Mübadilə Xidmətinin (DAAD) proqramına dair təqdimat keçirilib. AMEA – dan “Olaylar” – a bildirilib ki, tədbirdə DAAD-ın Bakı Məlumat Mərkəzinin rəhbəri Ştefani Düfo çıxış edib.

Jan-Fransua Manselin bəyanatı

14 Mart 2017 15:42

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Fransaya səfəri ilə bağlı Fransa parlamentinin üzvü, Azərbaycanın Dostları Assosiasiyasının Prezidenti cənab Jan-Fransua Mansel Bəyanatla çıxış etmişdir.