Gündəm
Yetkinlik yaşına çatmayana qarşı cinayət törətməkdə şübhəli bilinən şəxslər həbs edilmişlər
Beyləqan rayon sakini, yetkinlik yaşına çatmayan Lalə Məmmədovaya (ad, soyad şərtidir) qarşı həmkəndliləri - 1996-cı il təvəllüdlü Tural Kərimov, 1997-ci il təvəllüdlü Kamil Hümbətov və digərləri tərəfindən seksual xarakterli hərəkətlər edilməsi faktına görə martın 9-da Beyləqan rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Birinci vitse-prezidentin tapşırıqlarının icrası ilə bağlı müşavirə keçirilib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə 9 mart 2017-ci il tarixdə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş keçirilmiş müşavirədə verilmiş tapşırıqların icrası ilə bağlı Nəsimi rayonu üzrə görüləcək işlərə həsr olunmuş müşavirə keçirilib.
“Prezident cinayət əməlindən peşiman olanlara bir şans verir”
“Bu gün Azərbaycan Prezidenti İlham Əliyevi dünyada bir humanist siyasi şəxsiyyət kimi tanıyırlar. Çünki onun təşəbbüsü ilə ildə bir neçə dəfə əfv sərəncamı imzalanır və bunun nəticəsində yüzlərlə ailə azadlığa qovuşur. Belə bir addım yaxın günlərdə Novruz bayramı ərəfəsində olacaq. Yenə də xeyli sayda cinayət etmiş şəxs əfv olunaraq cəmiyyətə inteqrasiya olunacaq”.
Maşın qaçıran şəxs saxlanıb
Başqa dövlət qeydiyyat nişanları taxılaraq qaçırılmış avtomobil idarə etdiyi Bakı şəhər sakini ilə birgə saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanvarın 14-də paytaxtın Nizami rayonunun Babək prospektindən Bərdə rayon sakini Natiq Əlizadənin “Fiat” markalı avtomobili qaçırılıb. Polis əməkdaşları tərəfindən həmin avtomobilin martın 13-də Bakı-Sumqayıt yolunda üzərində başqa dövlət qeydiyyat nişanları taxılaraq hərəkətdə olması müəyyən edilib. Avtomobil saxlanılaraq onu idarə edən Bakı şəhər sakini İman Hüseynovla birgə Nizami Rayon Polis İdarəsinin 23-cü polis bölməsinə təhvil verilib.
Evi qarət edib yandıran qadın tutulub
Füzuli rayonunda oğurluq etdiyi evi yandırmaqda şübhəli bilinən qadın saxlanılıb. “Olaylar” Daxili İşlər Nazirliyinin rəsmi saytına isinadən xəbər verir ki, fevralın 11-də Füzuli rayonunda yaşayan Mədinə İsmayılovanın evindən məişət əşyaları oğurlamaqda, habelə evi qəsdən yandırmaqda şübhəli bilinən həmyerlisi Nazilə Novruzova Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.
“Azərsu”da Almaniyanın KfW Bankının nümayəndə heyəti ilə görüş keçirilib
“Azərsu”da Almaniyanın KfW Bankının nümayəndə heyəti ilə görüş keçirilib “OLAYLAR”-ın xəbərinə görə, “Azərsu” ASC sədri Qorxmaz Hüseynov Almaniyanın KfW Bankının ölkəmizdə həyata keçirilən infrastruktur layihələrində yaxından iştirak etdiyini xatırladaraq bankın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrində iştirakını yüksək qiymətləndirib. Səhmdar Cəmiyyətin sədri “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində görülmüş işlər barədə məlumat verib.
Milli Qəhrəmanın adına xüsusi auditoriya yaradılıb
Azərbaycan Texniki Universitetində Milli Qəhrəman Çingiz Qurbanovun adına xüsusi auditoriya yaradılıb. Təhsil ocağının mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, universitetin Xüsusi texnika və texnologiya fakültəsində yaradılan auditoriyada tələbələrə optatexnika ixtisası üzrə dərslər tədris olunacaq.
Xətai Sənət Mərkəzində - “Yurdumuza bahar gəlir”
Alman polisi məscidə basqın etdi
Verratti "Monako"nun futbolçularını qabaqladı
PSJ-nin yarımmüdafiəçisi Marko Verratti Fransa 1-ci Liqasında fevral ayının ən yaxşı futbolçusu seçilib. İtalyan yarımmüdafiəçi azarkeşlərin 38% səsini toplayaraq "Monako"dan Mbappe (37%) və Radamel Falkaonu (25%) qabaqlayıb. Bu barədə Liqanın rəsmi saytı məlumat yayıb. Fevralda PSJ-nin heyətində 3 çempionat oyununa çıxan Verratti 2 məhsuldar ötürmə verib. Paris klubu bu oyunların 2-ni qələbə, 1-ni bərabərliklə başa vurublar.
Fikrət Qocanın oğlunun öldürüldüyü yerdən DƏHŞƏTLİ GÖRÜNTÜLƏR - FOTO
Xalq şairi Fikrət Qocanın oğlu 54 yaşlı Yalçın Qocayevin qətli ilə bağlı bəzi məqamlar üzə çıxıb. Hadisənin baş verdiyi ofisdə olub və dəhşətli cinayətin bəzi təfərrüatlarını öyrənib.
Hollandiya polisinə türk nazirin mühafizəçilərinə atəş açmaq icazəsi verilibmiş - VİDEO
Hollandiyada, Türkiyənin Rotterdam Baş Konsulluğu qarşısında Türkiyənin ailə və sosial siyasət naziriFatma Betül Sayan Kayaya dəstək vermək üçün toplanan türk vətəndaşlarına qarşı zorakılıqla bağlı maraqlı məqam üzə çıxıb.
"Xocalıda insanlığa qarşı cinayətlər törədənlər indi Ermənistan hakimiyyətində möhkəmləniblər"
Xocalı və digər yaşayış məntəqələrində insanlığa qarşı cinayətlər törədənlər indi Ermənistan hakimiyyətində möhkəmləniblər.
Moskva təlxəyin göz yaşlarına inanacaq?
Ermənistan prezidenti Serj Sarkisyan bu gün Moskvaya rəsmi səfərə yollanıb. O, Rusiya prezidenti Vladimir Putinlə görüşərək Ermənistan-Rusiya münasibətlərini, habelə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələləri müzakirə edəcək. Rəsmi İrəvan səfərin bilavasitə İrəvan-Moskva təmasları ilə bağlı olduğunu desə də, əslində, bu səfər S.Sarkisyanın Kremldə "böyük qardaş" saydığı Rusiya rəhbərliyi qarşısında yeni yalvarışları, istəkləri və təvəqqelərindən ibarət olacaq. Ən azı ona görə ki, məhz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud situasiya Ermənistandakı hakimiyyət üçün həmişəkindən də artıq və ciddi əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev: "Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini dəyişir"
Cənub Qaz Dəhlizi Avropanın enerji xəritəsini dəyişir və Avropa istehlakçılarına yeni alternativ təbii qaz mənbələri gətirəcək. Bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşündə deyib.














