Gündəm

Kəlbəcərli seçicilərin problemləri dinlənilib

14 Mart 2017 15:03

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanovun seçiciləri ilə millət vəkilinin tapşırığına əsasən mütəmadi olaraq görüşlər keçirilir və onların problemləri dinlənilir.

Bakı-Şamaxı yolunda hərəkət məhdudlaşdırılacaq

14 Mart 2017 15:02

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 12,8 km-də Sulutəpə qəsəbəsi ərazisində tikilən yerüstü piyada keçidlərində aşırım qurğusunun montajı ilə əlaqədar olaraq mart ayının 14 və 15-də gecə saat 00:00 dan səhər saat 5:00-dək yolun bir hərəkət zolağında (hər iki istiqamət üzrə) nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə məlumat “OLAYLAR”-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, mart ayının 16 və 17-də isə, gecə saat 00:00-dan sahər saat 5:00-dək yol hər iki istiqamətdə nəqliyyat vasitələrinin hərkəti üçün tamamilə bağlanacaq. Alternativ yol olaraq, nəqliyyat vasitələri Hacı Zeynalabdin Tağıyev – Sahil avtomobil yolundan istifadə etməklə Bakı - Şamaxı yoluna və əksinə çıxmaqla hərəkəti davam etdirə bilərlər.

İlham Əliyev: "Avropa İttifaqı ilə imzalanacaq tərəfdaşlıq razılaşması hərtərəfli sənəd olmalıdır"

14 Mart 2017 15:00

Avropa İttifaqı ilə imzalanacaq tərəfdaşlıq razılaşması hərtərəfli sənəd olmalıdır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşündə deyib.

Prezident: "Bu dəhlizlər təkcə coğrafi mövqeyimiz sayəsində deyil, bizim siyasətimiz sayəsində Azərbaycan ərazisindən keçir"

14 Mart 2017 14:59

Şimaldan Cənuba, Şərqdən Qərbə olan bu dəhlizlərin hər ikisi təkcə coğrafi mövqeyimiz sayəsində deyil, bizim siyasətimiz sayəsində Azərbaycan ərazisindən keçir.

Azərbaycan prezidenti: "Bizim regionda ənənəvi bazarlarımız var, lakin Avropa bazarı da bizim üçün çox cəlbedicidir"

14 Mart 2017 14:58

Bizim regionda ənənəvi bazarlarımız var, lakin Avropa bazarı da bizim üçün çox cəlbedicidir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşündə deyib.

Prezident İlham Əliyev: "Azərbaycan Avropa İttifaqı ilə yeni əməkdaşlıq prosesinə start verib"

14 Mart 2017 14:56

Ötən ay Brüsseldə biz Avropa İttifaqı ilə Azərbaycanın yeni əməkdaşlıq prosesinə start vermişik. Bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşündə deyib.

"Azərbaycanın təşəbbüsü ilə keçirilən sülh platforması çox böyük əhəmiyyət kəsb edir"

14 Mart 2017 14:55

Uzun müddətdir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmur. Həmsədrlərin, böyük dövlətlərin bu münaqişənin həll olunması ilə bağlı fəaliyyəti isə nəticə vermir.

Rusiyada 2016-cı ildə 2 terror aktının qarşısı alınıb

14 Mart 2017 14:49

2016-cı ildə Rusiya ərazisində iki terror aktının qarşısı alınıb.  Bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib. O, terror xarakterli 119 və ekstremist yönümlü 110 cinayətin qeydə alındığını söyləyib.

Yeni pyes səhnələşdirildi

14 Mart 2017 14:44

Federasiyalarda YOXLAMA

14 Mart 2017 14:42

Almaniyanın Vürtsburq Universitetinin professor ADU-da mühazirə oxuyub

14 Mart 2017 14:37

Martın 13-də Azərbaycan Dillər Universitetində (ADU) Osvald fon Volkenştayn Cəmiyyətinin prezidenti, Almaniyanın Vürtsburq Universitetinin professoru Ziqlinde Hartman müəllim və tələbələrə "Heinrich von Morungen: Minnesang" mövzusunda mühazirə oxuyub. Tələbə və müəllimlər tərəfindən maraqla qarşılanan mühazirədə professor onları maraqlandıran sualları cavablandırıb.

Bakıda bir ailə qumar üstündə məhv oldu

14 Mart 2017 14:34

Bakıda qətl hadisəsi baş verib. Xətai rayonu, Əbilov küçəsi, ev 18/12 ünvanında yaşayan 1987-ci il təvəllüdlü Emin Sadiq oğlu Sadıqov mübahisə zəminində atası, 1962-ci il təvəllüdlü Sadiq Saleh oğlu Sadıqovu bıçaqlayaraq qətlə yetirib.

Sloveniyalı gimnastlar Bakıda yaxşı nəticələrə ümid edirlər

14 Mart 2017 14:30

Sloveniyalı gimnastlar Bakıda yaxşı nəticələrə ümid edirlər. Bunu idman gimnastikası üzrə Sloveniyanın kişilərdən ibarət milli komandasının məşqçisi Sebastyan Piletiç deyib. O, buraya dörd gənc idmançının gətirildiyini deyib: "Onlardan biri - Saşo Bertontsel Avropa oyunlarında atla hərəkətlərdə qızıl medal qazanıb. Ondan başqa da yaxşı idmançılarımız var, ümid edirik ki, onlar ən azı finala çıxacaq". Onun sözlərinə görə, sloveniyalı gimnastlar Bakıya birinci dəfə deyil ki, gəlir və onlar zalda yaradılmış şərtlərdən çox məmnundur.

"Sarkisyanın beynəlxalq ictimaiyyətin adından danışmağa siyasi, hüquqi, mənəvi əsası yoxdur"

14 Mart 2017 14:28

Ermənistan prezidenti Serj Sarkisyanın "İzvestiya" qəzetində dərc olunmuş "Təhlükəsizlik və davamlı demokratik inkişaf " məqaləsinin "Müharibə, hərbi diktatura və sosial-iqtisadi tənəzzül" adlandırılması daha doğru olardı. İndiki Ermənistan rəhbərliyinin siyasəti və müharibə avantürası nəticəsində Ermənistan hazırda təcrid vəziyyətində, siyasi, sosial-iqtisadi və demoqrafik baxımdan böhran şəraitində olan dövlətdir.

Təsbeh sandı, amma...

14 Mart 2017 14:26

2011 – ci il Türkiyənin Van bölgəsində zəlzələdən sonra Adapazarına yerləşən ailənin 17 yaşlı oğlu atasına kömək etmək üçün tikintidə fəhlə işləyirmiş. O, burada borularda sızma olduğunu göstərən rentgen cihazından düşən radioaktiv, təsbehə bənzər cisim tapıb. Eyüp onun təsbeh olduğunu düşünüb və əlində bir neçə dəqiqə oynatdıqdan sonra cibinə qoyub. “Olaylar” "Cumhuriyət” - ə  istinadla bildirir ki, Eyübün təsbeh sandığı alətin tərkibində  – iridium 192 maddəsi  var imiş. Təxminən bir gün sonra onun əlində və ayağında yaralar əmələ gəlib.