Gündəm

Qəbiristanlıq nəzarətçisi 15 manat rüşvət alarkən TUTULDU

14 Mart 2017 14:24

Ötən il rüşvətdə ittiham edilərək 8 illik həbs cəzasına məhkum edilən Rusiyanın Yekaterinburq şəhər qəbiristanlığının nəzarətçisinin işinə yenidən baxılacaq.

İlham Əliyev: "Ermənistan prezidenti Fransa şirkətlərinə nağıl danışmaq əvəzinə, diqqəti ölkəsindəki dəhşətli iqtisadi vəziyyətə cəmləsin"

14 Mart 2017 14:23

Ermənistan prezidenti Fransa şirkətlərinə nağıl danışmaq əvəzinə, yaxşı olardı ki, diqqəti ölkəsindəki dəhşətli iqtisadi vəziyyətə cəmləsin. Bunu Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşündə deyib.

"Qaçqınkom"un ev vermək adı ilə köçkünlərin pulunu mənimsəyən vəzifəli şəxsinin məhkəməsi başlayıb

14 Mart 2017 14:20

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Gülnarə Muxtarovanın cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. G. Muxtarova ittihama münasibət bildirərək, özünü təqsirli bildiyini deyib. Sonra zərərçəkmiş şəxslər ifadə verib.

Mebel alanlara XƏBƏRDARLIQ: Ehtiyatlı olun!

14 Mart 2017 14:16

Mənzilinə, ofisinə mebel almaq istəyən həm qiymət baxımından sərfəli, həm də keyfiyyətli məhsul axtarır. Bakıda və ölkənin müxtəlif regionlarında alıcılara yalnız yerli deyil, hətta xarici istehsal adı ilə müxtəlif çeşidli mebellər təklif olunur. İndi bazarlarda qiyməti 10 min dollarlarla ölçülən, xarici mebel kimi təqdim edilən və xarici görünüşcə müştərini aldadan  mebel dəstləri var. Dəllallar həmin mebelleri insanlara xarici mal kimi təqdim etməklə, qaz vurub, qazan doldururlar...

Hərracda 5 avtomobil özəlləşdirilib

14 Mart 2017 14:11

Martın 14-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, hərracda 2 kiçik dövlət müəssisə və obyekti, 3 istifadəsiz qeyri-yaşayış sahəsi və 5 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərracda özəlləşdirilmiş kiçik dövlət müəssisələri və istifadəsiz qeyri yaşayış sahəsi paytaxtda və respublikanın digər regionlarında yerləşir.

Hər şeyi udan qara dəliyin yaxınlığında fırlanan nədir?

14 Mart 2017 14:07

NuSTAR telekopu Tukan bürcündə qeyri-adi ağ cırtdan aşkar edib və məlum olub ki, o, qara dəliyin ətrafında çox sıx orbit üzrə fırlanır.

Prezident İlham Əliyev: "Bizim Fransa ilə əlaqələrimiz mühüm əhəmiyyət kəsb edir"

14 Mart 2017 14:05

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 13-də Parisdə Fransa Şirkətlər Hərəkatının (MEDEF) biznes şurasının üzvləri ilə görüşü olub.

Polkovnikə 8 İL HƏBS

14 Mart 2017 14:02

"Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının sabiq rəisi, polkovnik Əlövsət Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Komitə ailə, qadın və uşaq məsələləri mövzusunda təlim keçirəcək

14 Mart 2017 14:01

15 mart 2017-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə ASAN Təlim-Tədris Mərkəzində “Ailə, qadın və uşaq məsələləri istiqamətində şəffaflıq prinsiplərinin və vətəndaşlarla xidmətin təmin edilməsi” mövzusunda təlim keçiriləcək.

Azərbaycan-Ukrayna iqtisadi əlaqələri müzakirə edilib

14 Mart 2017 14:00

Azərbaycan nümayəndə heyəti Ukraynada səfərdədir. İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinə rəsmilərlə yanaşı, 40-a yaxın iş adamı daxildir. Bu barədə İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə,  səfərin ilk günü – martın 13-də İqtisadiyyat naziri Şahin Mustafayev Ukraynanın Baş naziri Vladimir Qroysman ilə görüşüb. Görüşdə nazir Şahin Mustafayev ölkələrimiz arasında əlaqələrin tarixi dostluq və qarşılıqlı əməkdaşlığa əsaslandığını, əlaqələrin inkişafında Azərbaycan və Ukrayna dövlət başçılarının siyasi iradəsinin önəmini, qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əhəmiyyətini vurğulayıb.

Vergilər Nazirliyinə edilən müraciətlərin sayı azalıb

14 Mart 2017 13:58

2017-ci ilin fevral ayı ərzində vergi orqanlarına 9 031 müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,3% azdır.

Bakıda beynəlxalq konfrans keçiriləcək

14 Mart 2017 13:56

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə bu il ölkəmizdə “İslam Həmrəyliyi ili” elan olunub. Bu münasibətlə il ərzində müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Belə tədbirlərdən biri sabah Bakıda öz işinə başlayacaq. “İslam həmrəyliyi-zamanın çağırışı” adlı Beynəlxalq Konfransın təşkilatçıları Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Milli Elmlər Akademiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzidir.

Nazirin qəbul vaxtı dəyişdirilib

14 Mart 2017 13:55

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədovun mart ayının 17-də Ağstafa rayonunda Qazax, Gədəbəy, Şəmkir, Tovuz və Ağstafa rayonlarının sakinləri ilə nəzərdə tutulan görüşü aprel ayının 7-nə keçirilib.

İlhamə Quliyevanın oğlunun dostu azadlığa buraxıldı

14 Mart 2017 13:53

Dələduzluqda təqsirləndirilən mərhum xalq artisti İlhamə Quliyevanın oğlunun dostu Vüqar Bəkirov azadlığa buraxılıb. Bu barədə vəkil Adəm Məmmədov məlumat verib. Vəkil qeyd edib ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə hüquqlarını müdafiə etdiyi Bəkirov Vüqar Nadir oğluna bəraət hökmü verilərək həbsdən azad olunub. V.Bəkirov 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. Bir il bir aydan artıq həbsxanada olub.

Bakıda AŞPA-nın komitə iclası keçiriləcək

14 Mart 2017 13:48

Sabah Bakıda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, Qaçqın və Məcburi Köçkünlər üzrə Komitəsinin iclası keçiriləcək. Məlumata görə, iclasda iştirak etmək üçün AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Sezar Florin Preda da Azərbaycana gələcək.