Nazirin qəbul vaxtı dəyişdirilib
Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədovun mart ayının 17-də Ağstafa rayonunda Qazax, Gədəbəy, Şəmkir, Tovuz və Ağstafa rayonlarının sakinləri ilə nəzərdə tutulan görüşü aprel ayının 7-nə keçirilib.
14 Mart 2017 13:55 SosialAzərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədovun mart ayının 17-də Ağstafa rayonunda Qazax, Gədəbəy, Şəmkir, Tovuz və Ağstafa rayonlarının sakinləri ilə nəzərdə tutulan görüşü aprel ayının 7-nə keçirilib. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən "Olaylar"a verilən məlumata görə, görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) və Ağstafa rayon Kənd Təsərrüfatı İdarəsinə (050-213-25-23) müraciət edə bilərlər. Qəbula yazılmaq üçün həmçinin, Kənd Təsərrüfatı Nazirliyinin Çağrı mərkəzi (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.