Rusiyada 2016-cı ildə 2 terror aktının qarşısı alınıb
2016-cı ildə Rusiya ərazisində iki terror aktının qarşısı alınıb. Bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib. O, terror xarakterli 119 və ekstremist yönümlü 110 cinayətin qeydə alındığını söyləyib.
14 Mart 2017 14:49 Dünya2016-cı ildə Rusiya ərazisində iki terror aktının qarşısı alınıb. Bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib. O, terror xarakterli 119 və ekstremist yönümlü 110 cinayətin qeydə alındığını söyləyib.
N. Patruşevin qənaətinə əsasən 2017-ci ildə keçiriləcək futbol üzrə Konfederasiya Kubokuna hazırlıq çərçivəsində Cənub Federal Dairəsindəki obyektlərin mühafizəsi zamanı antiterror müdafiə tələblərinin icrası məsələlərinə laqeyd münasibət faktları aşkarlanıb. N. Patruşev qeyd edib ki, Suriyada vuruşan Rusiya vətəndaşlarının ölkəyə qayıtması ehtimalı da vəziyyəti çətinləşdirir. APA.az "RİA Novosti"yə istinadən xəbər verir.