Gündəm

Əmək Nazirliyi ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası arasında əməkdaşlığa dair Memorandum imzalanıb

10 Aprel 2017 16:08

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası arasında idman tibbi və reabilitasiya sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb.

“Səlcuqilərdən Osmanlılara” Moskvada təqdim edildi

10 Aprel 2017 16:06

AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Şahin Mustafayevin Moskvada rus dilində “Səlcuqilərdən Osmanlılara” kitabı çap olunub.

Aprel şəhidləri Kürdəmirdə anılıb

10 Aprel 2017 16:05

Kürdəmir rayon Heydər Əliyev Mərkəzində AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsinin və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə, aprel döyüşlərində şücaət göstərərək qəhrəmancasına şəhid olmuş baş leytenant Əbubəkr İsmayılovun və cəsur kəşfiyyatçı, şəhid Tural Qurbanovun xatirəsinə həsr edilən tədbir keçirilib.

Amsterdamda Firəngiz Əlizadənin “Nasimi Passion” əsərinin premyerası olub

10 Aprel 2017 16:04

Aprelin 7 və 9 – da «UNESCO-nun Sülh naminə Artisti» titulunun sahiblərindən biri, professor Firəngiz xanım Əlizadənin Hollandiyanın paytaxtı Amsterdam şəhərində “Amsterdam Royal Concertgebouw” konsert sarayında ölkənin kral simfonik orkestrinin, xorunun və solistlərinin müşayiəti ilə “Nasimi Passion” əsərinin premyerası olub.

5 alpinist həlak oldu

10 Aprel 2017 16:02

Kanadanın  Harvey dağına çıxan 5 alpinist faciəvi şəkildə həlak olublar. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, 6 alpinist səhər saatlarında Harvey dağına çıxmaq üçün Kolumbiyanın ərazisi hesab edilən Vancouver əyalətinə yola düşüblər.

Ailənin 6 üzvü dəm qazından zəhərləndi

10 Aprel 2017 15:59

Mingəçevirdə bir ailənin 6 üzvü dəm qazından zəhərlənib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 8-də Mingəçevir şəhəri ərazisində şəhər sakini Fərid Əliyevin evində özü, arvadı Çinarə, oğlanları Yusif və Yunis, habelə qonaqları Günay Məmmədova və Mahir Süleymanov dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Azәrbaycan aliminin monoqrafiyası qırğız dilindә nәşr edilәcәk

10 Aprel 2017 15:58

Bаkı Slavyan Universitetinin elmi katibi, jurnalistika fakultəsinin dosenti, filologiya uzrə fəlsəfə doktoru Durdanə Fərmanın (Tahirova) “Rus və Azərbaycan şəhər nəsrinin poetikasi (Y.Trifonov və Anar yaradıcılıqı əsasında)” adlı monoqrafiyası qırğız dilinə tərcümə edilir.

İnsanlar niyə cinayət barədə məlumat verməkdən çəkinirlər?

10 Aprel 2017 15:46

Cinayətkarlığın xəbərdarlığı və profilaktikası konsepsiyasının ümumi məqsədi ictimai təhlükəli halları, istənilən hüquqpozmaları və hüquqa zidd əməlləri doğuran səbəblərin aradan qaldırılmasından ibarətdir.

Yeni müsabiqə elan olundu

10 Aprel 2017 15:44

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkil etdikləri fərdi jurnalist yazıları müsabiqəsinin elanı

Azərbaycan evlərinə Məkkə “şeyxindən” gələn vərəqələr

10 Aprel 2017 15:41

Son illərin müşahidə edilən mənfi tendensiyalarından biri də ondan ibarətdir ki, İslam dinindən bir vasitə, nəyəsə nail olmaq üçün məqsəd kimi istifadə edilir. Kimi öz siyasi məqsədləri, kimi maddi maraqları, kimi də qrup maraqları naminə İslamdan yararlanmağa çalışır. Bəzən bu hətta insanların, inanclı şəxslərin kütləvi şəkildə aldadılması, onlara yalan danışılması kimi mənfi halların meydana gəlməsinə də səbəb olur. Bir vaxtlar yazılı formada dini məzmunu özündə əks etdirən və demək olar ki, bütün respublikaya yayılan məktublar, günümüzdə informasiya kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi nəticəsində deyərdik ki, bir qədər təkmilləşdirilib. İndi artıq insanları aldatmağa yönəlik bu kimi məktublar internetin imkanlarından yararlanılmaqla facebook sosial şəbəkəsi, vatsapa belə göndərilir. Bəs görəsən bu hallar nə dərəcədə normaldır və ilahiyyatçılar bunu necə qarşılayırlar.

Elçin Hüseynbəyli yazır... Mənim sadəlövh bacım

10 Aprel 2017 15:39

Allah mənim baməzə dostumun canını saxlasın. O olmasa, nə mən maraqlı hadisələri eşidərəm, nə də sizinlə bölüşərəm.

Suriya uğrunda yeni mübarizə

10 Aprel 2017 15:37

Hazırda bütün dünyanın diqqəti Suriyaya yönəlib desək yanılmarıq. İndi hər kəs Suriyada baş verənləri – daha doğrusu ortada olan dəhşətli mənzərənin izahını verməyə çalışmaqdadır. Beynəlxalq ekspertlər, politoloqlar Suriyada cərəyan edən son proseslərə əsas səbəb olan amillər, bunu doğuran səbəblər barədə analitiklər tərəfindən müxtəlif əsaslar gətirilməkdədir.

Mühacir biznesinə hesablanmış aksiya

10 Aprel 2017 15:34

Milli Şura adlanan qurum, daha dəqiq desək Azərbaycan Xalq Cəbhəsi Partiyası və onun rəhbəri Əli Kərimli növbəti uğursuz aksiyasını keçirdi. Aprelin 8-də Məhsul stadionuna toplaşan Əli Kərimlinin məhdud sayda tərəfdarı yenə də öz ənənələrinə, dünyagörüşlərinə uyğun mövqe, hərəkət sərgiləyərək insanların bir neçə saat əsəbləri ilə oynadı, paytaxt sakinlərinin istirahət hüquqlarını pozdu.

Əli Kərimli “siyasi mühacir” biznesini genişləndirməyə çalışır

10 Aprel 2017 15:35

Aprelin 8-də Əli Kərimlinin rəhbəri olduğu AXCP Milli Şura ilə birlikdə mitinq keçdi. Ancaq mitinq olduqca sönük keçməsi, iştirakçıların sayını isə kifayət qədər az olması ilə müşayət olundu. Əslində ictimai rəyə heç bir təsiri olmayan belə bir mitinqin təntənəli keçirilib-keçirilməməsi AXCP sədri Əli Kərimlinin marağöında deyildi.

Azərbaycan prezidenti: “Xarici sərmayələrin cəlb edilməsi ilə bağlı daha fəal iş aparılmalıdır”

10 Aprel 2017 15:20

“Sənaye və kənd təsərrüfatı prioritet sahələrdir”.  Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söyləyib.