“Səlcuqilərdən Osmanlılara” Moskvada təqdim edildi

AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Şahin Mustafayevin Moskvada rus dilində “Səlcuqilərdən Osmanlılara” kitabı çap olunub.

AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, professor Şahin Mustafayevin Moskvada rus dilində "Səlcuqilərdən Osmanlılara" kitabı çap olunub.

AMEA - dan "Olaylar" - a bildirilib ki, kitabda XI-XV yüzilliklәrdә Anadoluda baş verәn siyasi vә sosial hadisәlәrin fonunda türk etnomәdәni mühitinin formalaşması vә inkişafı proseslәri tәdqiq edilir. Kitab Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu və Beynəlxalq Mərkəzi Asiya Araşdırmaları İnstitutunun elmi şuraları tərəfindən nəşr üçün təsdiq edilib. Monoqrafiyanın elmi redaktoru Rusiyanın tanınmış türkoloq-tarixçisi S.F.Oreşkova, rəyçiləri akademik M.S.Meyer və akademik N.M.Vəlixanlıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31