İnsanlar niyə cinayət barədə məlumat verməkdən çəkinirlər?

Cinayətkarlığın xəbərdarlığı və profilaktikası konsepsiyasının ümumi məqsədi ictimai təhlükəli halları, istənilən hüquqpozmaları və hüquqa zidd əməlləri doğuran səbəblərin aradan qaldırılmasından ibarətdir.

Cinayətkarlığın xəbərdarlığı və profilaktikasında ictimaiyyətin rolu böyükdür

Cinayətkarlığın xəbərdarlığı və profilaktikası konsepsiyasının ümumi məqsədi ictimai təhlükəli halları, istənilən hüquqpozmaları və hüquqa zidd əməlləri doğuran səbəblərin aradan qaldırılmasından ibarətdir. Ona görə cinayətkarlıqla səmərəli mübarizədə müəyyən konsultativ tədbirlərin həyata keçirilməsi zəruri şərtlərdəndir. Çox təəssüf ki, bizdə insanlar bildikləri, gördükləri və hətta şaidlik etdikləri hüquqa zidd əməllər barədə hüquq mühafizə orqanlarına məlumat verməkdən çəkinirlər. "Polisə Dəstək" İctimai Birliyinin rəhbəri Şəmsəddin Əliyev qeyd edib ki, ictimaiyyətin bu işə cəlb edilməsi mühüm əhəmiyyət kəsb etsə də, mürəkkəb prosesdir. Ölkədə ictimai təhlükəsizliyin təmin olunmasında ictimaiyyətin iştirakı, hüquqa zidd hallara reaksiya və ictimai qınaq cəmiyyətin cinayət hüquq sisteminə və ədalət mühakiməsinə etibarını möhkəmləndirir. Azərbaycan dövləti, hüquq mühafizə orqanları cinayətkarlığın xəbərdarlığı və onun səviyyəsinin aşağı düşməsi istiqamətində - konsultativ mexanizmə və metodlara, müəyyən faktorlara, habelə cəmiyyətin bu işə cəlb olunmasına səmtlənən böyük iş görür. Uzun müddətdir ki, alimlər cinayətkarlıqla mübarizə istiqamətində xəbərdarlıq tədbirlərini həlledici amil kimi qəbul edirlər.QHT-lər, cəmiyyətin digər təbəqələri, elm və təhsil müəssisələri də bu prosesdə iştirak edirlər. Azərbaycan dövləti, insanların hüquq və iradə azadlıqlarına, ekstremizm və dini radikalizmə, cəmiyyətdə vahimə doğuran terrorçuluğa, narkomanlığa və digər arzuolunmaz təzahürlərə qarşı mübarizədə vətəndaş cəmiyyətinin müəyyən qrup və QHT-larına maliyə dəstəyi göstərir. Həyata keçirilən tədbirlər, ələlxüsus insanların alqı-satqısına səmtlənən insan alveri cinayətlərinin və sosial bəla olan narkomanlığın profilaktikası barədə icra olunan layihələr əhali arasında müsbət rezonansla yadda qalır. Tədbirlər əksər hallarda ərazi üzrə polis orqanlarının, ictimaiyyət nümayəndələrinin, KİV-lərin, ictimai şuraların iştirakı ilə həyata keçirilir. Vəziyyət həmişə olduğu kimi DİN-nin kollegiyasının, İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinator, Daxili İşlər nazirinin birinci müavini, polis general-leytenantı, hörmətli Vilayət Eyvazovun nəzarətində olmuş və nəzarətdədir. Dövlətin qayğısı nəticəsində insan alveri qurbanlarına birdəfəlik müavinət verilir, müəyyən qismi işlə təmin edilir, peşə kurslarına göndərilir, qurbanlara huquqi və psixoloji yardım, ehtiyacı olanlara tibbi xidmət göstərilir. Dövlət büdcəsindən qurbanların reabilitasiyasına, müavinətlərin verilməsinə 100 mindən çox vəsait sərf edilir. Bütün qeyd olunanlar dövlətin cinayətkarlıqla mübarizə siyasətinin habelə, dövlətin konstitusiya üzrə ali məqsədinin canlı təzahürüdür. Hər il vəziyyətin müqayisəli təhlili barədə Milli Məclisdə hesabat verilir: "Bu baxımdan, ölkədə cinayətkarlığın qarşısının alınması fəaliyyətində polis orqanları hakim mövqeyə və rola malikdir, desəm yəqin ki, daha düzgün qəbul edilərdi. Prosesdə prokurorluq və ədalət mühakiməsi orqanlarının, digər orqanların da əməyini danmaq olmaz. Polisin ictimaiyyətlə sıx təmasda olması cinayətkarlığın nəzarətdə saxlanılmasında və xəbərdarlığı fəaliyyətində həmişə faydalı olmuşdur. Qənaətimə görə, bu DİO əməkdaşlarının peşəkarlığının təcəssümü kimi dəyərləndirilməlidir. Polis əməkdaşının xidməti mundirində ərazidə olması, əhali ilə söhbəti profilaktikanı səciyyələndirən əlamətlərdir. Hər bir məhkəmə prosesi, hər bir prosesual akt, hakimin kollektivdə müzakirəyə çevrilən qərarları profilaktika və cinayətlərin xəbərdarlığı üçün "xəbərdarlıq fənəridir". Cinayət təqibi, hüquqi yardımın göstərilməsi, ittiham olunanların pulsuz müdafiəçi ilə təmin edilməsi işi də bu sahədə mühüm fayda verir". Onun sözlərinə görə, sosial şəbəkələrin və KİV-lərin də, cinayətkarlığın xəbərdarlığı məsələlərində xidmətləri var. Lakin, bəzən az əhəmiyyət kəsb edən ictimai təhlükəli əməllərin "ağır" cinayətlər kimi və yaxud ictimai münasibətlərə qəsd edən, xüsusilə ağır nəticələrə səbəb olan əməllərin subyektlərinin "qəhrəman" obrazında verilməsi bu işə ziyan vurur. Son zamanlar televiziyalarda yayımlanan seriallarda odlu silahın tətbiqi, zorakılıqla müşahidə edilən epizodlar müəyyən insanların düşüncə tərzində və təfəkkürlərində neqativ dəyişikliklərə səbəb ola bilər. Belə seriallar telekanallarda yayımlanmamışdan öncə Baş Prokurorluğun, DİN-nin , ƏN-nin rəyindən sonra "istehsalı" məqsədə uyğun olardı. Seriallarda məişət zorakılığını təbliğ edən kobud hərəkətlər ictimai şüurda neqativ oyanış üçün şərait yarada bilər. Ümumiyyətlə tamaşalarda sosial hadisələrin və ictimai mənəviyyata zidd belə halların qarşısını almaq üçün ciddi nəzarət lazımdır. İstənilən verlişin yayılmasında "bu televiziyaların hüququdur", deyə düşünsək nihilizmə yer ayırmış olarıq. "Vətəndaşların kanalları çevirmək hüququ var" fikirləri də qəbuledilməzdir. İndi patriotizm ruhlu seriallara üstünlük verilərsə daha qəbul ediləndir. Hüquqa zidd halların aradan qaldırılması televiziyaların fəaliyyəti ilə sıx bağlı olmalıdır. Çünki, dövlətin cinayətkarlıqla mübarizə siyasətinin mühüm təbliğatçısı, eyni zamanda geniş auditoriyası ilk növbədə televiziyalardır. Cinayətkarlıqla mübarizə isə hamının işidir. Musiqili şouların çoxluğu isə dərdimizin başqa tərəfidir. Şoular və iştirakçılar o qədər reklam olunur ki, az qala hamı "şoumen" və ya "müğənni" olmaq həvəsinə düşür. Müğənnilik vətənə aludəlik və yaxud hələ vətənpərvərlik deyil. Baxın, müğənnilər bəzən studiyalara xaltalı it ilə gəlirlər. Bu, geniş ictimaiyyətə qatı hörmətsizlikdir. Alkoqollu içkilərin təbliği televiziyaların fəaliyyətini tənzimləyən normativ hüquqi aktlara zidd olsa da, davam edir. Unutmayaq ki,alkoqollu içkilərin qəbulu bəzən ağır cinayətlərlə də yadda qalır. Televiziyalarda bu qədər sərbəstliyə ehtiyac varmı? Onun sözlərinə görə, K.Marks və F.Engels qeyd edirdilər ki, ağıllı, müdrik qanunvericilər, cəzalandırmaqdan çox cinayətlərin xəbərdarlığına üstünlük verməlidirlər: "Ümumiyyətlə profilaktik fəaliyyət 2 mərhələni əhatə etməlidir. Birinci mərhələdə həyata keçirilən tədbirlər hüquqpozmanın subyektinin hüquqa zidd əməllərini doğuran səbəb və şəraitin öyrənilməsinə yönəlməli, ikinci mərhələdə isə müvafiq profilaktik tədbirlərin işlənib hazırlanması nəzərdə tutulmalıdır. Belə təsəvvürlər elmdə birdən-birə yaranmamışdır. Əsrlərlə insan ağlı cəmiyyətdə baş verən hüquqa zidd əməllərin səbəblərini aşkar etmək və bunun qarşısını almaq üçün vasitələr axtarışında olub. Ona görə də, hüquqpozmaların obyektiv səbəblərinin mövcudluğu haqda təsəvvürlərə əsaslanan sosial-profilaktik yanaşma təbii hal kimi anlaşılmalıdır". Ş.Əliyev bildirib ki, qədim Hind hüquq ədəbiyyatında əsas xəbərdarlıq vasitəsi kimi, cəzanın xofu-vahiməsi dururdu. Cəzanın sərtliyi cinayət törətməyə meyilli olan şəxsləri əməllərindən çəkindirməyə təsiri olurdu. Manu qanunlarına görə yalnız cəzanın xofu hər bir canlını xeyirxahlığa xidmət etməyə istiqamətləndirə və zidd "vəzifələrin" icrasından yayındıra bilər. Bu borcun təmin olunması iki sistemə; bir tərəfdən etik normalara, Uca Allahın gücünə; digər tərəfdən isə siyasi vasitələrə əsaslanan yol ilə həyata keçirilirdi. Əgər, qədim Hindistanda hüquqpozmalarla mübarizədə əsas vasitə kimi sərt cəzanın tətbiqindən istifadə edilirdisə, Qədim Çin mütəfəkkirləri mühüm vasitə kimi tərbiyənin roluna üstünlük verirdilər: "Cəzanın tətbiqi bu gün də, hüquqi metod kimi əhəmiyyətini saxlasa da, tərbiyəvi faktorların daha çox inkişafı və miqyasının böyüməsi barədə mülahizələr vacib amil olaraq qalır. Məsələn: Qədim Çin mütəfəkkiri Konfutsi tərəfdarlarının nəzərinə görə əgər insanları tərbiyə etməyib, cəzalandırmağa üstünlük versək, cəzalandırılanların sayı artacaq, lakin kökü kəsilməyəcək; və yaxud, tərbiyə edib cəzalandırmasaq bədnam əxlaqlı və tərbiyəsi qüsurlu olanlar (cəzasız qalacaq və sayca artacaqlar".

Alim 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31