Gündəm
Prezident İlham Əliyev: “Bakıda 300-dən artıq çoxmərtəbəli bina tikilir”
“Bu il inşaat sektorunda canlanma müşahidə edilir”. Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Dövlət başçısı: “Süni qiymət artımına yol verilməməlidir”
“Bu ilin ilk 3 ayı yaxşı nəticələrlə yekunlaşıb”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. Dövlət başçısı deyib ki, makroiqtisadi sabitliyin möhkəmləndirilməsi önəmli məsələlərdən biridir: “Süni qiymət artımına yol verilməməlidir”.
Yol polisi sərnişindaşıma ilə əlaqədar reyd keçirəcək
DİN Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) respublika ərazisində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə müraciət edib. BDYPİ-nin mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə deyilir ki, yol-nəqliyyat hadisələrinin təhlili və aparılan müşahidələr göstərir ki, son vaxtlar avtobus və mikroavtobus sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması və onların nəticəsində törədilən qəzaların sayında artım var.
Prezident İlham Əliyev: "İlin ilk 3 ayında ölkəyə gələn turistlərin sayında 25 faiz artım qeydə alınıb“
“Cənub Qaz Dəhlizi ilə bağlı artıq Bakıda üçüncü dəfə Məşvərət Şurasının iclası keçirilib. Məşvərət Şurasının yekununda ölkəmizin liderlik rolunun qeyd edildiyi qətnamə qəbul olunub”.
Prezident: “Bu ilin ilk 3 ayında Azərbaycanın ixracı 50 faiz artıb”
“Bu ilin ilk 3 ayı ərzində qeyri-neft sektorunda 2,4 faiz artım olub, qeyri-neft sənayesində isə artım 2 faiz səviyyəsindədir. Kənd təsərrüfatı 3,5 faiz, bitkiçilik 20 faizdən çox artıb”. Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında söyləyib.
Dövlət başçısı: “Cocuq Mərcanlının bərpası tarixi hadisədir”
“Cocuq Mərcanlı kəndinin bərpası tarixi hadisədir”. Bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib O bildirib ki, kənddə ilkin mərhələdə 50 ev tikilir, yeni yol salınır, məscid inşa olunur: “Sonrakı mərhələdə daha 150 evin tikilməsi nəzərdə tutulub. Bu, bir daha Azərbaycan xalqının heç vaxt işğalla barışmayacağını, öz ərazilərini azad etdikdən sonra bütün şəhər və qəsəbələri yenidən quracağını nümayiş etdirir. Bu, həm də göstərir ki, 20 ildən çoxdur ki, öz doğma yurdlarından didərgin düşmüş insanlar vətənlərinə qayıtmaq arzusu ilə yaşayırlar”.
Prezident: “Qarabağa qanunsuz səfər etmiş xarici vətəndaşın Azərbaycana təhvil verilməsi onun kimilərə dərs oldu”
“Bu ilin birinci rübündə də Dağlıq Qarabağ münaqişəsinin həlli diqqət mərkəzində olub. Ermənistan danışıqları dayandırmağa çalışır, ancaq buna nail ola bilməyəcək”. Bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Prezident: Ağır vəziyyətdə yaşayan məcburi köçkünlər yeni evlərə köçürüləcəklər
“Azərbaycanda köçkünlər üçün yeni qəsəbələr salınır və onlardan biri yaxın aylarda Tərtərdə istifadəyə veriləcək”.
İsveçrə prezidenti: “Azərbaycan iqtisadiyyatına qlobal maraq artıb”
İsveçrə Konfederasiyasının prezidenti Doris Loyhard Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.
Radikalların daha bir uğursuz cəhdi
Həftə sonu Milli Şura adlanan qurum özünün növbəti biabırçı mitinqini keçirdi. Bu biabırçılıq istər aksiya iştirakçılarının sayı, istər tərkibi, istərsə də orada səslənən şüarlarda özünü açıq göstərirdi. Həmişəki kimi bir ay əvvəldən ciddi cəhdlə aksiyaya hazılaşan Milli Şura və onun rəhbərliyi, xüsusilə Azərbaycan Xalq Cəbhəsi Partiyası yenə də ölkədəki ictimai-siyasi sabitliyi pozmaq məqsədilə xaricdən almış olduğu maddi dəstəyin qarşılığını verə, mitinqin kütləviliyini təmin edə bilmədi. Bəs görəsən bundan sonrakı proseslər necə davam edəcək və 8 aprel uğursuzluğundan sonra Milli Şura, xüsusilə AXCP sədri Əli Kərimli yenidən mitinq şousu düzəltməyə çalışacaqmı? Elə politoloq Ramiz Alıyevlə də söhbətimiz Milli Şuranən 8 aprel aksiyası ilə bağlı oldu.
Heydər Əliyev və iqtisadi islahatlar
Hər bir sahənin inkişafı kimi iqtisadi sahədə də ölkəmizin uğurlar əldə etməsi, iqtisadi nailiyyətlərin qazanılmasında ümummilli lider Heydər Əliyevin xidmətləri müstəsnadır. İstər ümummilli liderin Azərbaycana rəhbərliyinin birinci dövrü, istərsə də müstəqillik illərində ölkə iqtisadiyyatında müşahidə edilən inkişaf, tərəqqi bunun əyani sübutudur.
Qaçqınları soyundurub, döyüb, elektroşok veriblər
Avropa ölkələrinə sığınacaq ümidiylə üz tutmuş qaçqın və miqrantları döyür, soyundurur, hər şeylərini əllərindən alır, hətta elektroşok da verirlərmiş. Özü də elə həmin Avropa ölkələrinin sərhədində. Bunu "Oxfam" humanitar təşkilatı ötən həftəsonu açıqladığı hesabatında bildirir.
Liberalizm qalası da çökdü: İsveç qapıları bağlayır
İndiyədək gerçəkləşdirdiyimiz siyasətə yenidən baxmalıyıq. Miqrantlarla bağlı mülayim, liberal strategiya özünü doğrultmadı.
Dörd yaşlı "coğrafiya müəllimi" - Azərbaycanda daha bir vunderkind - VİDEO
Məsələn, beş yaşlı uşaq dünya xəritəsini əzbər bilir, yaxud bir milyona qədər sayır və sair və ilaxır. Ancaq haqqında bəhs edəcəyimiz vunderkind elə öz ölkəmizdə - Salyan rayonunun Noxudlu kəndində yaşayır. Cəmi dörd yaşı var Turan Novruzovun atası həmin kənddə tarix müəllimidir. Turan ölkələrin paytaxtlarını, materik və qitələri, ölkələrin bayraqlarını bilir və tanıyır. Ən qəribəsi budur ki, qəhrəmanımız bayraqları görmədən təsvir etməyi də bacarır. Məsələn, ölkənin adını demək kifayət edir ki, həmin bayrağı təsvir etsin.
Qarabağda yaxınlaşan MÜHARİBƏ: ölkədən qaçan ermənilər və Sarkisyanın yeganə ÇIXIŞ YOLU
Ermənistanda parlament seçkiləri başa çatdı və bundan sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların dalandan çıxıb-çıxmayacağı maraqlıdır. Xüsusilə İrəvan danışıqlar masasına gətiriləcəkmi, yoxsa, əvvəlki kimi qeyri-konstruktiv yanaşma davam edəcək?!











