Gündəm
"Dünya mətbuatı Azərbaycanda jurnalistin qanına qəltan edilməsi haqqında xəbəri önə çıxaracaq"
"Bu gün xəbər saytlarında Mətbuat Şurasının "qara siyahı"sina düsmüş tanınmayan əyalət qəzətlərindən birinin baş redaktorunun döyülməsi haqqında xəbər yayıldı. Xəbərin təsdiqi kimi yanına həmin şəxsin üst-başı qanlı şəkili də yerləşdirilib".
Şimali Osetiya teatrının Bakı qastrolu yekunlaşdı
Gənc Tamaşaçılar Teatrının qonağı olan Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrının qastrol səfəri uğurla yekunlaşıb. Qarşılıqlı yaradıcılıq müqaviləsinin müvafiq bəndlərinə uyğun olaraq baş tutan qastrol aprel ayının 7-dən – 9-dək davam edib. Üç gün ərzində Şimali Osetiya teatrı daimi tamaşaçılarımıza “Потеха для смеха” nağılının motivləri əsasında O.Rozumun “Жили-были” tamaşasını nümayiş etdirib. Teatrdan “Olaylar” – a bildirlib ki, tamaşanın quruluşçu rejissoru Amzor Barakov, quruluşçu rəssamı Svetlana Sitoxova, xoreoqrafı Valeriy Suanov, musiqi tərtibatçıları Qabriel Qabarayev, Diana Sarukayevadır.
“Dəlinin qeydləri” “Hərarətli ürək”də
Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti növbəti Beynəlxalq Teatr Festivalına hazırlaşır. Rusiya Federasiyasının İvanov vilayətinin Kineşma şəhərində keçiriləcək “Hərarətli ürək” klassik Rus dramaturgiyası III Beynəlxalq Teatr Festivalında ölkəmiz N.V.Qoqolun “Dəlinin qeydləri” mono- tamaşası ilə təmsil olunacaq. Teatrdan “Olaylar” – a bildirilib ki, festival İvanov vilayəti rəhbərliyi, İvanov vilayətinin Mədəniyyət və Turizm Departamenti, A.N.Ostrovski adına Kineşma Dram Teatrının təşkilatçılığı ilə həyata keçirilir.
"Qəlbdəki və qələmdəki Qarabağ"
Harda Qarabağın adı keçirsə, orda bir göynək var... Kim Qarabağ haqqında danışırsa, yazırsa, ürəyində Qarabağ boyda bir qara xal var, lalə köynəyinin naxışı kimi... Ağrıdan olan naxışlardan biridir “Qəlbdəki və qələmdəki Qarabağ” toplusu... Oxuduqca, yanğılaşdıq, oxuduqca ağrılaşdıq, Qarabağın özü boyda özləmiylə naxışlandıq...
Rüblük hesabatlarda yeni qaydalara start verilib
Aprel ayından tətbiq olunan yeni qaydalara görə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”ları elektron imza kartından və ya mobil imzadan istifadə etməklə təqdim olunmalıdır. Məlumat üçün qeyd edək ki, hesabatların təqdimatı üçün son tarix aprelin 20-dir. Bu müddətə qədər hesabatını yeni qaydalarla verə bilməyənləri 44 manat cərimə gözləyir.
Cocuq Mərcanlıda Azərbaycan bayrağının dalğalanması
2016-cı il aprelin 2-dən 5-dək davam edən Azərbaycan ordusunun uğurlu əks-hücum əməliyyatları ölkəmizə hərbi-strateji nöqteyi-nəzərdən çox böyük üstünlüklər verdi. İlk növbədə Azərbaycan çox mühüm psixoloji qələbə qazandı. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr endirdi və Qarabağın şimal və cənub hissələrində çox böyük strateji əhəmiyyətə malik yüksəklikləri azad etdi.
Ermənistan parlamentinin iclası baş tutmayıb
Yetərsay olmadığından Ermənistan parlamentinin 5-ci çağırış 11-ci sessiyası keçirilməyib. İclasda iştirak etmək üçün cəmi 16 deputat qeydiyyatdan keçib. İnformasiyaya əsasən, sessiyanın keçirilməsi üçün 66 deputat iştirak etməlidir.
Ruhani: Suriyaya raket zərbələrinə görə ABŞ-la Rusiya toqquşmanın bir addımlığında olub
Suriyanın Şayrat aviabazasına endirdiyi raket zərbələrinə görə ABŞ və Rusiya toqquşmanın bir addımlığında olub. Bu barədə İran prezidenti Həsən Ruhani deyib.
Fransa baş konsulunun köməkçisi də şar qəzasının qurbanı oldu
Türkiyənin Nevşehir şəhərində hava şarının qəzaya uğraması nəticəsində həlak olan Fransa vətəndaşı bu ölkənin Türkiyədəki baş konsulunun köməkçisi olub. Onun meyiti artıq Ankaraya çatdırılıb.
ABŞ-ın Suriyaya yeni hücum ANONSU
Böyük Britaniyanın xarici işlər naziri Boris Conson Vaşinqtonun Suriyaya yeni raket zərbələri vura biləcəyi barədə xəbərdarlıq edib. Nazir vurğulayıb ki, ABŞ Suriyada öz hərəkətləri ilə Qərbin aydın siqnalını çatdırıb. “Onlar bunu yenidən edə bilərlər. Şübhə yoxdur ki, ABŞ-ın hərəkətləri əslində Suriyada vəziyyəti dəyişdirir”, - Conson qeyd edib. Daha əvvəl isə ABŞ prezidentinin müşaviri general Gerbert Makmaster Amerikanın Suriya hökumət qüvvələrinin bazalarına endirilən raket zərbələrini artıra biləcəyini söyləyib.
Aparıcı efirdə özünü itirdi - VİDEO
Amerikanın ABC (American Broadcasting Company) kanalında maraqlı anlar yaşanıb. Kanalın aparıcısı Nataşa Ekselbi yayım zamanı özünü itirib.
Şimşək çaxacaq, yağış yağacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Mürəbbənin içində narkotik keçirmək istədi
Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əldə etdiyi məlumat əsasında "Samur" gömrük postunun ixrac nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mersedes Benz 0303" markalı sərnişin avtobusunda olan yüklərə "Simba" ləqəbli kinoloji xidmət itinin tətbiqi ilə gömrük baxışı keçirilib.
“Man Down” 3 bilet satdı
Amerikalı aktyor Shia LaBeoufun çəkildiyi sonuncu filmi “Man Down” filmi keçən həftədən İngiltərədə kinoteatrlarda nümayiş olunur. Filmin bir həftədə 3 bilet satması təəcüblərə səbəb olub. Shia LaBeouf 'Indiana Jones' və 'Transformers' filmləri ilə məşhurlaşmışdı. Filmin uğursuzluğuna səbəb kimi internetdə yayılması göstərilir.
ABŞ və Rusiya nüvə müharibəsinə başlaya bilər - ÜÇ MÜMKÜN SSENARİ
ABŞ Hərbi Hava Qüvvələrinin Suriya ordusuna aid aviabazanı raket atəşinə tutması Dəməşqin ən yaxın himayəçilərindən olan Moskva ilə Vaşinqton arasında münasibətləri daha da gərginləşdirib. ABŞ-Rusiya münasibətlərinin inkişafını dəyərləndirən KİV və ekspertlər hərbi qarşıdurmanı da istisna etmirlər.














