Şimali Osetiya teatrının Bakı qastrolu yekunlaşdı

Gənc Tamaşaçılar Teatrının qonağı olan Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrının qastrol səfəri uğurla yekunlaşıb. Qarşılıqlı yaradıcılıq müqaviləsinin müvafiq bəndlərinə uyğun olaraq baş tutan qastrol aprel ayının 7-dən – 9-dək davam edib. Üç gün ərzində Şimali Osetiya teatrı daimi tamaşaçılarımıza “Потеха для смеха” nağılının motivləri əsasında O.Rozumun “Жили-были” tamaşasını nümayiş etdirib. Teatrdan “Olaylar” – a bildirlib ki, tamaşanın quruluşçu rejissoru Amzor Barakov, quruluşçu rəssamı Svetlana Sitoxova, xoreoqrafı Valeriy Suanov, musiqi tərtibatçıları Qabriel Qabarayev, Diana Sarukayevadır.

Gənc Tamaşaçılar Teatrının qonağı olan Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrının qastrol səfəri uğurla yekunlaşıb. Qarşılıqlı yaradıcılıq müqaviləsinin müvafiq bəndlərinə uyğun olaraq baş tutan qastrol aprel ayının 7-dən - 9-dək davam edib. Üç gün ərzində Şimali Osetiya teatrı daimi tamaşaçılarımıza "Потеха для смеха" nağılının motivləri əsasında O.Rozumun "Жили-были" tamaşasını nümayiş etdirib. Teatrdan "Olaylar" - a bildirlib ki, tamaşanın quruluşçu rejissoru Amzor Barakov, quruluşçu rəssamı Svetlana Sitoxova, xoreoqrafı Valeriy Suanov, musiqi tərtibatçıları Qabriel Qabarayev, Diana Sarukayevadır.

Qastrol səfərinin bağlanış mərasimində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar Artist Mübariz Həmidov və baş rejissor, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov çıxış edərək qonaq teatra öz təşəkkürlərini bildirdilər. Bu yaradıcılıq əlaqələrinin təxminən on gün sonra Vladiqafqaz Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində "Dəcəl keçi" tamaşası ilə davam edəcəyi vurğulanıb. M.Həmidov uğurlu qastrol tamaşasına görə qonaq teatrı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı - ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin diplomu ilə təltif edib. Daha sonra qonaqlara xalqımızın milli mədəniyyətini əks etdirən suvenir hədiyyə təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31