“Dəlinin qeydləri” “Hərarətli ürək”də

Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti növbəti Beynəlxalq Teatr Festivalına hazırlaşır. Rusiya Federasiyasının İvanov vilayətinin Kineşma şəhərində keçiriləcək “Hərarətli ürək” klassik Rus dramaturgiyası III Beynəlxalq Teatr Festivalında ölkəmiz N.V.Qoqolun “Dəlinin qeydləri” mono- tamaşası ilə təmsil olunacaq. Teatrdan “Olaylar” – a  bildirilib ki, festival İvanov vilayəti rəhbərliyi, İvanov vilayətinin Mədəniyyət və Turizm Departamenti, A.N.Ostrovski adına Kineşma Dram Teatrının təşkilatçılığı ilə həyata keçirilir.

Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti növbəti Beynəlxalq Teatr Festivalına hazırlaşır. Rusiya Federasiyasının İvanov vilayətinin Kineşma şəhərində keçiriləcək "Hərarətli ürək" klassik Rus dramaturgiyası III Beynəlxalq Teatr Festivalında ölkəmiz N.V.Qoqolun "Dəlinin qeydləri" mono- tamaşası ilə təmsil olunacaq. Teatrdan "Olaylar" - a  bildirilib ki, festival İvanov vilayəti rəhbərliyi, İvanov vilayətinin Mədəniyyət və Turizm Departamenti, A.N.Ostrovski adına Kineşma Dram Teatrının təşkilatçılığı ilə həyata keçirilir.

Aprel ayının 17-dən - 25-dək davam edəcək festivalda teatrımızla yanaşı, "Sfera" Moskva dram teatrı, Perm Dövlət Gənc Tamaşaçılar Teatrı, A.N.Ostrovski adına Kineşma Dram Teatrı, M.Y.Lermontov adına Rus Dövlət Dram Teatrı, Moskva Yeni Dram Teatrı və başqa teatrlar iştirak edəcəklər.

Festivalda N.V.Qoqol, A.N.Ostrovski, L.N.Tolstoy, A.N.Tolstoy, F.M.Dostoyevski, İ.S.Turgenev və digər klassiklərin əsərləri əsasında hazırlanmış tamaşalar nümayiş etdiriləcək. 9 gün ərzində davam edəcək festivalda 10 səhnə əsəri göstəriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31