Gündəm
Qardaşı qızı ilə evləndiyi deyilən əmi ilə bağlı YENİ XƏBƏR - Sən demə...
Bir neçə gün öncə mətbuatda yer alan Gəncədə əminin qardaşı qızını qaçırması və onunla dini nikaha daxil olması xəbəri yalan çıxıb.
Musiqili Teatrda “Bankir adaxlı”
Musiqili Teatrda Emin Sabitoğlu və Tamara Vəliyevanın “Bankir adaxlı” iki hissəli musiqili komediyası növbəti dəfə nümayiş olunacaq.Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, tamaşanın nümayişi 16 aprel tarixində, saat 19.00-da baş tutacaq. Komik situasiyalarla zəngin və dinamik süjet xəttinə malik olan səhnə əsəri hər nümayiş zamanı tamaşaçıların böyük marağına səbəb olur və Musiqili Teatrın ən çox tələb olunan tamaşaları sırasındadı.
Türkiyə Suriya ilə bağlı görüşün Tehranda qapalı rejimdə keçirilməsini təklif edib
Türkiyə hökuməti Astanada danışıqlarından əvvəl Tehranda Suriya nizamlanması üzrə zamin ölkələrin mətbuata qapalı görüşünün keçirilməsini təklif edib.
IV İslam Həmrəyliyi Oyunlarının “Xəzərdən başlayan su səyahəti”nin Astara mərhələsi başa çatıb
Aprelin 9-da “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Astara mərhələsi başa çatıb. “Olaylar” xəbər verir ki, Astaranın “Xəzərdən başlayan su səyahəti”nə daxil edilməsi heç də təsadüfi deyil.
Sibel Canın qadağaları
Məşhur müğənni Sibel Can bu dəfə gündəmə övladlarına qoyduğu qadağalarla gəlib. “Olaylar” “SadeceHaber” - ə istinadən bildirir ki, Sibel Can 25 yaşlı oğlu Engincan, 23 yaşlı qızı Melisa və 17 yaşlı oğlu Emirə seriallarda çəkilmə, qızına siqaret çəkmək, Engincana sevgililəri ilə olan şəkillərini sosial şəbəkələrdən paylaşma, kişik oğlu Emirə isə sosial şəbəkələrdən çıx istifadə etməyi qadağan edib.
Nərgiz Əliyevanın toplusu çap olundu
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyevanın növbəti əsəri - “Milli Azərbaycan Tarixi Muzeyi:Tarix, Elm və Mədəniyyət” adlı məqalə və məruzələr toplusu çap olunub.
Vətəndaşın üzərində metadon adlı həblər aşkar olunub
Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilə məlumata görə, yoxlama zamanı vətəndaşın şalvarının cibində 3 ədəd metadon adlı həb aşkar olunub.
Ölkəyə əntiq əşyanın qanunsuz gətirilməsinin qarşısı alınıb
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tarixi əhəmiyyət kəsb edə biləcək əntiq əşyanın gömrük sərhədindən bəyan etməməklə ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Böyük Britaniyadan ölkəmizə karqo vasitəsilə gələn boru yüklərinin arasından gömrük orqanlarına bəyan edilməyən, tarixi əhəmiyyət kəsb edə biləcək əntiq əşya-bir ədəd heykəlcik aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Səfir: “Azərbaycan dünyaya nümunəvi ölkə olduğunu göstərir”
“Daha öncə Azərbaycanda bir çox mötəbər idman tədbirləri yüksək səviyyədə keçirilib. Birinci Avropa Oyunları, Ümumdünya Şahmat Olimpiadası kimi dünyanın ən böyük idman yarışları ölkənizdə mükəmməl şəkildə təşkil edilib. Ona görə, əminəm ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları da Azərbaycanda yüksək peşəkarlıqla keçiriləcək”. Bunu İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fanani deyib.
"Terrorun qarşısı siyasi yolla alınmalıdır"
“Baş verən terror hadisələri dünyada hökm sürən qara qüvvələrin, dar düşüncənin, eyni zamanda qəddarlığın təzahürüdür”. Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Çıxarışlar əkin sahələrində çalışanlara iş başındaca təqdim olunub
Əmlak Məsələləri Dövlət Komitəsi kənd təsərrüfatı ilə məşğul olan vətəndaşları, fermerləri sevindirəcək daha bir yeniliyə imza atır. Yenilik “Kütləvi çıxarış” kampaniyası çərçivəsində həyata keçirilir.
Yardımçı təsərrüfat 500 min manata hərraca çıxarılıb
Əmlak Məsələləri Dövlət Komitəsi 10 may 2017-ci il tarixində yeni hərrac keçirəcək. Komitədən “Olaylar”a verilən məlumata görə, hərrac Proses komitənin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində baş tutacaq. Hərraca ümumilikdə 99 əmlak çıxarılıb ki, bunlardan 21-i səhmdar cəmiyyəti, 38-i kiçik dövlət müəssisə və obyekti, 29-u istifadəsiz qeyri-yaşayış sahəsi, 11-i isə nəqliyyat vasitəsidir.
İsrailin İrəvandakı səfiri erməniləri YERİNDƏ OTURTDU: “Azərbaycana silah satmağımız...”
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Minsk qrupunun prinsipləri çərçivəsində həll olunmalıdır”. Bu barədə İsrailin Ermənistandakı səfiri Eliyahu Yeruşalmi “news.am”-a müsahibəsində deyib.
Əsəddən medal alan pilot öldürüldü
Suriyanın İdlib vilayətində kimyəvi silah hücumunda iştirak edən hərbi təyyayələrdən birinin pilotu öldürülüb. Pilotun avtomobilinin içinə yerləşdirilən partlayıcı qurğu partladılıb.
Koxlear implantasiya əməliyyatlarına başlayır
Səhiyyə Nazirliyi “Koxlear implantasiya əməliyyatlarının aparılmasına ehtiyacı olan uşaqların qeydiyyatının aparılması, seçilməsi, müayinə və müalicəsi üzrə Komissiya”ya müraciət edən ailələrin, əməliyyat və ondan sonrakı dövrdə reabilitasiya məsələləriylə bağlı məlumatlandırılması üçün xüsusi məktəb təşkil edib.














