Nərgiz Əliyevanın toplusu çap olundu
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyevanın növbəti əsəri - “Milli Azərbaycan Tarixi Muzeyi:Tarix, Elm və Mədəniyyət” adlı məqalə və məruzələr toplusu çap olunub.
10 Aprel 2017 13:00 SosialAMEA Milli Azərbaycan Tarixi Muzeyinin Elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nərgiz Əliyevanın növbəti əsəri - "Milli Azərbaycan Tarixi Muzeyi:Tarix, Elm və Mədəniyyət" adlı məqalə və məruzələr toplusu çap olunub.
Kitabda Muzeyin formalaşmasında öz elmi xidmətləri ilə müstəsna rol oynamış alimlərin fəaliyyəti, Muzeyin elmi tədqiqat işlərini və s. əks etdirən araşdırmalar yer alır. Kitabda Azərbaycanın elm, mədəniyyət və tarixini əks etdirən eksponatlarla bağlı məlumatlar da var.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31