Musiqili Teatrda “Bankir adaxlı”
Musiqili Teatrda Emin Sabitoğlu və Tamara Vəliyevanın “Bankir adaxlı” iki hissəli musiqili komediyası növbəti dəfə nümayiş olunacaq.Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, tamaşanın nümayişi 16 aprel tarixində, saat 19.00-da baş tutacaq. Komik situasiyalarla zəngin və dinamik süjet xəttinə malik olan səhnə əsəri hər nümayiş zamanı tamaşaçıların böyük marağına səbəb olur və Musiqili Teatrın ən çox tələb olunan tamaşaları sırasındadı.
10 Aprel 2017 13:23 MədəniyyətMusiqili Teatrda Emin Sabitoğlu və Tamara Vəliyevanın "Bankir adaxlı" iki hissəli musiqili komediyası növbəti dəfə nümayiş olunacaq. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu "Olaylar" - a bildirib ki, tamaşanın nümayişi 16 aprel tarixində, saat 19.00-da baş tutacaq. Komik situasiyalarla zəngin və dinamik süjet xəttinə malik olan səhnə əsəri hər nümayiş zamanı tamaşaçıların böyük marağına səbəb olur və Musiqili Teatrın ən çox tələb olunan tamaşaları sırasındadı.
Tamaşanın quruluşçu rejissoru Faiq Zöhrabov, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu baletmeysterləri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, dirijoru Əməkdar incəsənt xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissor assistenti Elməddin Dadaşovdur.