Koxlear implantasiya əməliyyatlarına başlayır
Səhiyyə Nazirliyi “Koxlear implantasiya əməliyyatlarının aparılmasına ehtiyacı olan uşaqların qeydiyyatının aparılması, seçilməsi, müayinə və müalicəsi üzrə Komissiya”ya müraciət edən ailələrin, əməliyyat və ondan sonrakı dövrdə reabilitasiya məsələləriylə bağlı məlumatlandırılması üçün xüsusi məktəb təşkil edib.
10 Aprel 2017 12:31 SosialSəhiyyə Nazirliyi "Koxlear implantasiya əməliyyatlarının aparılmasına ehtiyacı olan uşaqların qeydiyyatının aparılması, seçilməsi, müayinə və müalicəsi üzrə Komissiya"ya müraciət edən ailələrin, əməliyyat və ondan sonrakı dövrdə reabilitasiya məsələləriylə bağlı məlumatlandırılması üçün xüsusi məktəb təşkil edib. Nazirlikdən "Olaylar" - a bildirlib ki, məktəbdə t.ü.f.d. A. Abbasova öncə komissiyaya müraciət edən ailələrə uşaqların ağıreşitmə problemləri, onun həlli yolları, koxlear implantasiya əməliyyatı və bu əməliyyatdan sonrakı dövrdə reabilitasiya məsələləri ilə əlaqəli mühazirələr oxuyacaq, praktik təlimlər keçiriləcəyi barədə məlumat verəcək.
Qeyd edək ki, məktəb aprelin 10 - da ATU-nun Tədris-Cərrahiyyə Klinikasında ilk dərslərinə başlayacaq.