Çıxarışlar əkin sahələrində çalışanlara iş başındaca təqdim olunub
Əmlak Məsələləri Dövlət Komitəsi kənd təsərrüfatı ilə məşğul olan vətəndaşları, fermerləri sevindirəcək daha bir yeniliyə imza atır. Yenilik “Kütləvi çıxarış” kampaniyası çərçivəsində həyata keçirilir.
10 Aprel 2017 12:44 SosialƏmlak Məsələləri Dövlət Komitəsi kənd təsərrüfatı ilə məşğul olan vətəndaşları, fermerləri sevindirəcək daha bir yeniliyə imza atır. Yenilik "Kütləvi çıxarış" kampaniyası çərçivəsində həyata keçirilir. ƏMDK-dan "Olaylar"a verilən xəbərə görə, komitə kənd təsərrüfatı ilə məşğul olan insanlara çıxarışları elə iş başında, əkin biçin işlərinin aparıldığı sahələrdə verəcək. Məqsəd ölkədə daşınmaz əmlakın qeydiyyatının sadələşdirilməsi, insanlarda vaxt itkisinin qarşısnın alınması, onların xidmətlərə əlçatanlığının təmin olunması, vətəndaş məmnunluğunun artırılmasıdır. Bu dəfəki "Kütləvi çıxarış" kampaniyası Cəlilabad rayonun bir neçə kəndində keçirilib. Kampaniya çərçivəsində çıxarışlar bu kəndlərdə yerləşən fermer təsərrüfatlarında, əkin sahələrində çalışan vətəndaşlara iş başındaca təqdim olunub. Beləki, 100-ə yaxın vətəndaş çıxarış əldə edib. Verilən çıxarışlar əsasən fərdi yaşayış evləri, pay torpağı, həyətyanı torpaq sahələrini əhatə edib. Onlar bu sənədi heç bir yerə getmədən komitənin mobil ofislərində əldə ediblər. Mövsüm ilə bağlı kəndlinin əkin biçin işləri artır. Bu isə onların sahələrdə, tarlalarda daha gərgin rejimdə işləməsi deməkdir. Odur ki, kəndlinin əmlaklarına dair çıxarışları elə iş başındaca daha rahat əldə etməsi onların vaxtını sərf edərək, uzun məsafə qət edərək rayon mərkəzlərinə, aidiyyatı qurumlara getməsinin qarşısını alır. Bu isə kənd təsərrüftaı ilə məşğul olan insanların vaxtlarını daha səmərəli şəkildə planlaşdırmağa imkan verir.