Səfir: “Azərbaycan dünyaya nümunəvi ölkə olduğunu göstərir”
“Daha öncə Azərbaycanda bir çox mötəbər idman tədbirləri yüksək səviyyədə keçirilib. Birinci Avropa Oyunları, Ümumdünya Şahmat Olimpiadası kimi dünyanın ən böyük idman yarışları ölkənizdə mükəmməl şəkildə təşkil edilib. Ona görə, əminəm ki, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları da Azərbaycanda yüksək peşəkarlıqla keçiriləcək”. Bunu İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fanani deyib.
10 Aprel 2017 12:49 İdman"Daha öncə Azərbaycanda bir çox mötəbər idman tədbirləri yüksək səviyyədə keçirilib. Birinci Avropa Oyunları, Ümumdünya Şahmat Olimpiadası kimi dünyanın ən böyük idman yarışları ölkənizdə mükəmməl şəkildə təşkil edilib. Ona görə, əminəm ki, "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunları da Azərbaycanda yüksək peşəkarlıqla keçiriləcək". Bunu İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fanani deyib.
O, İndoneziyada keçirilən İslam Həmrəyliyi Oyunlarından sonra bu yarışların Azərbaycanda təşkil edilməsindən məmnun olduğunu vurğulayıb: "İndoneziyada bu Oyunlar çox gözəl keçirildi. Ancaq Azərbaycanın böyük təcrübəsi var. Görürəm ki, ölkəniz IV İslam Həmrəyliyi Oyunlarının təşkilatçılığına daha diqqətlə yanaşır. Azərbaycan sivilizasiyanın inkişafı, mədəniyyəti və yüksək təşkilatçılıq qabiliyyəti ilə bütün dünyaya nümunəvi ölkə olduğunu göstərir. Ölkənizdə İslami dəyərlərə, adət-ənənələrə böyük hörmətlə yanaşılır və Azərbaycan İslamın əsl simasını əks etdirir".
Səfir qeyd edib ki, hazırda olan məlumatlara görə, IV İslam Həmrəyliyi Oyunlarında İndoneziyanı 160-200 idmançı təmsil edəcək. Sia.az