Gündəm
Ekoloji araşdırılma aparılıb
16-31 mart 2017-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
1646 cəsəd aşkarlandı
İraqın Mosul şəhərinin Şenqal vilayətində 31 toplu məzar aşkarlanıb. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, məzarlıqlardakı cəsədlərin İŞİD –in qətlə yetirdikləri yezidilərə aid olduğu bildirilir. Şenqal valisi Mehma Halil verdiyi aşıqlamasında bildirib ki, məzarlıqdan 1646 cəsəd aşkarlanıb. “Aşkarlanan məzarlıqların sayı 50 – di. Qətlə yetirilənlərin hamısı yezidilərə aiddi”.
Anadangəlmə ürək qüsurlarınadair təlimlər
Azərbaycanda yenidoğulmuşlarda və uşaqlarda anadangəlmə ürək qüsurlarının erkən diaqnostikası və müalicəsi istiqamətində işlər davam etdirilir. Nazirlikdən “Olaylar” – a bildirilib ki, bu gün "Anadangəlmə ürək qüsurlarının antenatal və neonatal dövrdə diaqnostikasında exokardioqrafiyanın əsasları. Yenidoğulmuşlarda və körpələrdə EXOKQ-nın aparılmasına dair praktikum." mövzusunda iki mərhələli 20 günlük nəzəri və praktiki təkmilləşdirmə kursu başlayır.
Avtomobildə sıxılmış vəziyyətdə qalmış cəsəd çıxarılıb
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sabirabad rayonu, Nizami kəndində “KAMAZ” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobilin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. Nazirlikdən verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1980-ci il təvəllüdlü Musayev Rəşad Arif oğlunun cəsədini çıxarmış və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 02:03-də başa çatıb.
Bakıda 4-cü sinif şagirdi qəfildən ölüb
Bakının Binəqədi rayonu, Sulutəpə qəsəbə sakini, 2007-ci il təvəllüdlü Səccad Mircəfər oğlu Əyyubzadənin vəziyyəti qəfil pisləşib və o, xəstəxanaya yerləşdirilib. 313 saylı orta məktəbin 4-cü sinfində oxuyan S.Əyyubzadə həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib. Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova mətbuata açıqlamasında deyib ki, uşaq xəstəxanaya daxil olarkən artıq dünyasını dəyişmişdi: “Məsələ ilə əlaqədar cinayət işi açılıb. Onun ölümündə həkim səhlənkarlığının olub-olmaması araşdırmalar nəticəsində bilinəcək”.
“Yehova şahidləri”nin qanunsuz toplaşdığı yerlər aşkarlanıb
Aprelin 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və hüquq-mühafizə orqanları tərəfindən Qaradağ rayonu ərazisində yerləşən iki ünvana əməliyyat-baxış tədbiri keçirilib.
Direktor: “Bəzi palçıq vulkanları yaşayış və istehsalat obyektlərinə çox yaxındır”
“Son vaxtlar ölkə ərazisində seysmik proseslərin dinamikasında artım müşahidə olunur. Aparılan stasionar müşahidələrdə Qoruq ərazisindəki bəzi palçıq vulkanlarında aktivlik qeydə alınıb və uzun müddətdə fəaliyyətsiz qalan palçıq vulkanlarında toplanan enerji real təhlükə mənbəyi kimi qiymətləndirilib. Nəzərə alsaq ki, bəzi palçıq vulkanları yaşayış və istehsalat obyektlərinə yaxındır, bu fakt gələcəkdə böyük risklərdən xəbər verir”.
Dənizdən tapılan meyitin kimliyi bəli oldu
Aprelin 9-u Xəzərdə tapılan kişi meyitinin kimə aid olduğu təxmini müəyyənləşdirilib. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən bildirilib ki, həmin kişi meyitinin "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının uçması zamanı itkin düşən Bəhrəmov Cavidə məxsus olduğu təxmin edilir.
Azərbaycan Mətbuat Şurası AzTV-nin Gürcüstan üzrə xüsusi müxbirini təbrik edib
Azərbaycan Mətbuat Şurası «Azərbaycan Televiziya və Radio Verilişləri» QSC-nin Gürcüstan üzrə xüsusi müxbiri Şahismayıl Şəmmədoğlunu anadan olmasının 55 illiyi münasibəti ilə təbrik edib. Təbrik məktubunda deyilir: «Elə adamlar var ki, həyata keçirdikləri fəaliyyət ilə özləri ayrıca bir dünya yarada bilir, məxsusi dəst-xətləri, yanaşmaları ilə daim yaddaşlarda qalmağı bacarır, hörmətlə qarşılanırlar.
Gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə iş yerlərində əmək qanunvericiliyinin pozulması ilə bağlı vətəndaşlar tərəfindən edilən müraciətlərin obyektiv şəkildə araşdırılaraq nəticələrinə uyğun tədbirlər görülməsi işləri davam etdirilir.
Mətbuat Şurası mitinqdə monitorinq aparıb
Mətbuat Şurası müxalifət qüvvələrinin formalaşdırdıqları Milli Şuranın aprelin 8-də metronun “İnşaatçılar” stansiyasının yaxınlığındakı “Məhsul” stadionunda keçirdiyi mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin monitorinqini aparıb. Bu iş Şurasının Daxili İşlər Nazirliyi ilə birgə monitorinq qrupu tərəfindən həyata keçirilib. Qrup aksiyanı işıqlandıran jurnalistlərlə bağlı hər hansı insident qeydə almayıb. Eyni zamanda prosesdə iştirak edən jurnalistlərdən də müraciət daxil olmayıb.
Əflatun Amaşov QDİƏTPM-in Gürcüstandakı iclasında iştirak edəcək
Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏTPM) İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri üzrə komitəsinin 48-ci iclasında məruzə ilə çıxış edəcək. Deputat iclasa qatılmaq üçün aprelin 10-dan 13-dək qonşu Gürcüstanın paytaxtı Tiflisdə səfərdə olacaq.
Milli Bankın rəhbəri istefa etdi
Ukrayna Mərkəzi Bankının rəhbəri Valeriya Qontaryovanın istefa etdiyi bildirilir. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, xəbəri Ukrayna rəsmiləri təsdiqləyib. İki ildir ki, Mərkəzi Banka rəhbərlik edən xanım Valeriyanın istefa tələbi fevral ayından gündəmdə idi. Valeriya Qantarevanın günorta saatlarında mətbuat toplantısı keçirəcəyi gözlənilir.
Azərbaycan Cibutiyə humanitar yardım göndərdi
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Azərbaycan hökuməti adından Cibuti Respublikasına humanitar yardım göndərib. “Olaylar” xəbər verir ki, aprelin 10-da Fövqəladə Hallar Nazirliyinin ayırdığı qida məhsulları ilə yüklənmiş təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanından Cibutiyə yola düşüb. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən yola salınan humanitar yardımlar qənd, şəkər tozu, kiloqram çay, günəbaxan yağı, qarğıdalı yağı, un, makaron, vermişel və içməli sudan ibarətdir.
"Obameyanqın "Bavariya"ya keçməsinə icazə verməyəcəyik"
"Borussia Dortmund"un direktoru Hans-Yoahim Vatzke Pyer-Emerik Obameyanqın yayda "Real" və ya "Barselona"ya transferini istisna etməyib.














