Bakıda 4-cü sinif şagirdi qəfildən ölüb
Bakının Binəqədi rayonu, Sulutəpə qəsəbə sakini, 2007-ci il təvəllüdlü Səccad Mircəfər oğlu Əyyubzadənin vəziyyəti qəfil pisləşib və o, xəstəxanaya yerləşdirilib. 313 saylı orta məktəbin 4-cü sinfində oxuyan S.Əyyubzadə həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib. Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova mətbuata açıqlamasında deyib ki, uşaq xəstəxanaya daxil olarkən artıq dünyasını dəyişmişdi: “Məsələ ilə əlaqədar cinayət işi açılıb. Onun ölümündə həkim səhlənkarlığının olub-olmaması araşdırmalar nəticəsində bilinəcək”.
10 Aprel 2017 12:23 SosialBakının Binəqədi rayonu, Sulutəpə qəsəbə sakini, 2007-ci il təvəllüdlü Səccad Mircəfər oğlu Əyyubzadənin vəziyyəti qəfil pisləşib və o, xəstəxanaya yerləşdirilib. 313 saylı orta məktəbin 4-cü sinfində oxuyan S.Əyyubzadə həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib. Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova mətbuata açıqlamasında deyib ki, uşaq xəstəxanaya daxil olarkən artıq dünyasını dəyişmişdi: "Məsələ ilə əlaqədar cinayət işi açılıb. Onun ölümündə həkim səhlənkarlığının olub-olmaması araşdırmalar nəticəsində bilinəcək".