Anadangəlmə ürək qüsurlarınadair təlimlər

Azərbaycanda yenidoğulmuşlarda və uşaqlarda anadangəlmə ürək qüsurlarının erkən diaqnostikası və müalicəsi istiqamətində işlər davam etdirilir. Nazirlikdən “Olaylar” – a bildirilib ki, bu gün "Anadangəlmə ürək qüsurlarının antenatal və neonatal dövrdə diaqnostikasında exokardioqrafiyanın əsasları. Yenidoğulmuşlarda və körpələrdə EXOKQ-nın aparılmasına dair praktikum." mövzusunda iki mərhələli 20 günlük nəzəri və praktiki təkmilləşdirmə kursu başlayır.

Azərbaycanda yenidoğulmuşlarda və uşaqlarda anadangəlmə ürək qüsurlarının erkən diaqnostikası və müalicəsi istiqamətində işlər davam etdirilir. Nazirlikdən "Olaylar"-a bildirilib ki, bu gün "Anadangəlmə ürək qüsurlarının antenatal və neonatal dövrdə diaqnostikasında exokardioqrafiyanın əsasları. Yenidoğulmuşlarda və körpələrdə EXOKQ-nın aparılmasına dair praktikum." mövzusunda iki mərhələli 20 günlük nəzəri və praktiki təkmilləşdirmə kursu başlayır.

Təlimlər Səhiyyə Nazirliyinin, Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun Kardiologiya və Pediatriya kafedralarının, Elmi-Tədqiqat Pediatriya İnstitutunun, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin, Respublika Uşaq Xəstəxanası və Rastrapovich-Vişnevskaya Fondunun dəstəyi və təşkilatcılığı ilə təşkil olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31