Gündəm
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
"Sonuncu dəfə belə isti hava 2012-ci ildə olub"
Dünən Bakıda və Abşeron yarımadasında günorta saatlarında müşahidə edilən temperatur iqlim normasından 2 dərəcə yüksək olub. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.
Kamikadzenin özünü partlatdığı an kameralara düşdü - Detektordan keçərkən - VİDEO
Ötən gün Misirin iki şəhərində, Tanta və İsgəndəriyyədə güclü partlayış olub.
Bakıda sərnişin avtobusu qəzaya düşdü: yaralılar var
Bakıda sərnişin avtobusu qəzaya düşüb. Hadisə Bakı Dairəvi Yolunun Yasamal rayonu hissəsinə düşən ərazisində qeydə alınıb. Məlumata görə, 77 saylı sərnişin avtobusu "Mitsubishi" markalı minik avtomobili ilə toqquşub.
Elmar Məmmədyarov Polşaya səfər edib
Xarici işlər naziri Elmar Məmmədyarov Polşa Respublikasına rəsmi səfərə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, səfər çərçivəsində Elmar Məmmədyarov Polşa xarici işlər naziri Vitold Vaşçıkovski və digər rəsmi şəxslərlə görüşəcək.
Sumqayıtda 5 otaqlı ev yanıb
Sumqayıtda yanğın hadisəsi qeydə alınıb. “Olaylar” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan bir mərtəbəli 5 otaqlı evin 1 otağının yanar konstruksiyaları 30 m2 və digər otağın tavanı 20 m2 sahədə yanıb.Yanğından evin qalan hissəsi mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bakı Ticarət Festivalı başlandı
Aprelin 10-dan Azərbaycanda ilk dəfə olaraq Bakı Ticarət Festivalı ( Şopinq Festivalı) başlanacaq. “Olaylar” xəbər verir ki,mayın 10-dək davam edəcək festival prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncama uyğun olaraq keçirilir.
Yusif Səfərov küçəsində təmir yekunlaşdı
Yusif Səfərov küçəsində aparılan təmir işləri yekunlaşıb. Bu barədə məlumat “OLAYLAR”-a "Azəravtoyol" ASC-nin mətbuat katibliyindən daxil olub. Bildirilib ki, yolda üfiqi nişanlanma xətləri çəkilib. İşlər tam yekunlaşdırılaraq gecədən etibarən küçə yenidən sürücülərin istifadəsinə verilib.
“Odlar Yurdu” Cəmiyyəti 10 illiyini qeyd edib
Hollandiyada fəaliyyət göstərən “Odlar yurdu” Cəmiyyətinin 10 illik yubileyi keçirilib. Cəmiyyətdən “OLAYLAR”-a bildirilib ki, tədbirin təntənəli açılışında Niderland və Azərbaycanın dövlət himnləri səsləndirilib.
I sinfinə qəbul üçün 37 000-ə yaxın sorğu yerləşdirilib
Paytaxt məktəblərinin I sinfinə qəbul üçün 37 000-ə yaxın sorğu yerləşdirilib. “OLAYLAR”-ın Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən verdiyi xəbərə görə. onlardan 33 604-ü ümumi təhsil məktəblərini, 3 171-i isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 80 faizindən çoxdur.
Azərbaycanlı politoloq Türkiyənin Strateji Araşdırmalar Mərkəzinin üzvü seçildi
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitunun sədri Məhəmməd Əsədullazadə Türkiyənin Qafqaz Strateji Araşdırma Mərkəzinin (KAFKASSAM) eksperti seçilib. Bu barədə məlumatı “OLAYLAR”-a Məhəmməd Əsədullazadə özü verib. Bildiib ki, bununla bağlı KAFKASSAM-dan ona bilgi verilib.
Suriyanın vurulması həm də Tehran və Pxenyana xəbərdarlıq mesajıdır
“ABŞ-ın Aralıq dənizindən Suriyaya raket zərbəsi endirməsi demək olar ki, bütün dünya gündəmini dəyişib”. “OLAYLAR” -ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Cəbrayıl Fərzəliyev bildirib ki, bundan əvvəllər də ABŞ bir neçə dəfə Suriyaya ərazisinə havadan aviazərbələr endirmişdi: “Amma bu dəfəkindən fərqli olaraq o zərbələr Əsəd ordusuna qarşı deyil, İŞİD-i hədəf almışdı.
“Ilin səfiri” məlum oldu
Azərbaycan-Slavyan Gəncəri Assosiasiyası və Diaspor.az – Azərbaycan Disporu İnfromasiya Mərkəzi növbəti 2016-cı il üçün "İLİN SƏFİRİ” sorğusuna yekun vurub. “OLAYLAR” -ın xəbərinə görə, budəfəki sorğunun qalibi Azərbaycan Respublikasinin Birləşmiş Ərəb Əmirliklərindəki Səfiri Daşqın Şikarov olub. Məlumat üçün qeyd edək ki, Daşqın Məzi oğlu Şikarov 12 yanvar 2016-cı il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərində fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Təklif: Mitinqlərin keçirilməsinə icazə verilməsin
“Radikal müxalifət yenə də insanların hüquqlarını pozmağa davam edir. Bunlar mitinq etməklə ölkədə olan əmin-amanlığın qarşısını kəsirlər”. “OLAYLAR” -ın xəbərinə görə, bu fikirləri ilahiyyatçı Əkrəm Həsənov Millu Şura adlanan qurumun aprelin 8-də keçirdiyi etiraz aksiyasına münasibət bildirərkən səsləndirib.
Jurnalist Daşqın Gülməmmədovun eyibini açdı
"Hamınını yaxşı tanıdığı Daşqın Gülməmmədov sosial şəbəkədə və hətta bir saytda millət vəkili Adil Əliyevi Azərbaycanın milli maraqlarına xəyanət etməkdə ittiham edib.














