Jurnalist Daşqın Gülməmmədovun eyibini açdı
"Hamınını yaxşı tanıdığı Daşqın Gülməmmədov sosial şəbəkədə və hətta bir saytda millət vəkili Adil Əliyevi Azərbaycanın milli maraqlarına xəyanət etməkdə ittiham edib.
10 Aprel 2017 11:14 Sosial"Dünyanın o ölkəsi yoxdur ki, qaçıb orada gizlənməsin"
"Hamınını yaxşı tanıdığı Daşqın Gülməmmədov sosial şəbəkədə və hətta bir saytda millət vəkili Adil Əliyevi Azərbaycanın milli maraqlarına xəyanət etməkdə ittiham edib. Adil Əliyevlə heç bir tanışlığım yoxdur, nə səsini eşitmişəm, nə də üzünü görmüşəm. Amma onun necə mərd, xeyirxah, vətənpərvər olduğunu bütün Azərbaycan bilir". "OLAYLAR" -ın xəbərinə görə, belə bir açıqlama ilə avrasiya.net saytının baş redaktoru Cavid Şahverdiyev çıxış edib. O, bildirib ki, Daşqın Gülməmmədovu isə lap yaxından tanıyır, üzünü də görüb, səsini də eşidib: "Onun fırıldaqçı, yalançı biri olduğunu tək mən yox, hamı bilir. Dünyanın o ölkəsi yoxdur ki, qaçıb orada gizlənməsin. Bir də D.Gülməmmədov deyir ki, Adil Əliyevə "Türk Dünyasına Xidmət" Ödülünü Seyfullah Türksoy verib. Bu adamı isə "separatçılıqda" ittihamlayır. Amma əslində Adil Əliyevə ödülü AKP millət vəkili Nurettin Nebati təqdim edib. Yəni Əliyev ödülü Türksoyun yox, Nebatinin əlindən alıb. Gülməmmədov Dünya Qarapapapq Türkləri Birliyinin rəhbəri S.Türksoyla ədavətinə A.Əliyevi qatıb. Bu ədavətin kökündə hansı məqsədlər dayandağı da məlumdur. Daşqın bəy, Azərbaycanın və Türk dünyasının şərəfli oğullarına çirkab atmayın. Kimin kim olduğunu hamı yaxşı bilir. Ən azından internetdə axtarış verib kimin kim olduğunu bilmək asandır".