Təklif: Mitinqlərin keçirilməsinə icazə verilməsin
“Radikal müxalifət yenə də insanların hüquqlarını pozmağa davam edir. Bunlar mitinq etməklə ölkədə olan əmin-amanlığın qarşısını kəsirlər”. “OLAYLAR” -ın xəbərinə görə, bu fikirləri ilahiyyatçı Əkrəm Həsənov Millu Şura adlanan qurumun aprelin 8-də keçirdiyi etiraz aksiyasına münasibət bildirərkən səsləndirib.
10 Aprel 2017 11:18 Sosial"Radikal müxalifət yenə də insanların hüquqlarını pozmağa davam edir. Bunlar mitinq etməklə ölkədə olan əmin-amanlığın qarşısını kəsirlər". "OLAYLAR" -ın xəbərinə görə, bu fikirləri ilahiyyatçı Əkrəm Həsənov Milli Şura adlanan qurumun aprelin 8-də keçirdiyi etiraz aksiyasına münasibət bildirərkən səsləndirib. O, qeyd edib ki, radikal müxalifət həmçinin insanların yollarda qalmasına səbəb olurlar: "Mitinq edilən ərazilərdə və yaşayış binalarında insanların istirahət hüquqlarını pozurlar. Dinimizdə mitinq eləmək böyük günahlardan sayılır. İslam mitinq eləməyə icazə vermir. Çünki, bunun əziyətini bütün insanlar çəkir. Təklif edirik ki, mitinq eləmək böyük günah və haram olduğu üçün gələcəkdə mitinqlərin keçirilməsinə icazə verilməsin. İnsanlar da rahat və əmin-aman şəraitdə yaşasınlar. Xüsusi ilə radikal müxalifət yeri gəldi gəlmədi dindən, din adından yalanlar danışırlar. Azərbaycanda doğru yolda olan heç bir dindar bu gün həbsdə deyil. Həbsdə olanlar yalnız yanlış fikrə düşən "dindar"lardır".