“Odlar Yurdu” Cəmiyyəti 10 illiyini qeyd edib

Hollandiyada fəaliyyət göstərən “Odlar yurdu” Cəmiyyətinin 10 illik yubileyi keçirilib. Cəmiyyətdən “OLAYLAR”-a bildirilib ki, tədbirin təntənəli açılışında Niderland və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Hollandiyada fəaliyyət göstərən "Odlar yurdu" Cəmiyyətinin 10 illik yubileyi keçirilib. Cəmiyyətdən "OLAYLAR"-a bildirilib ki, tədbirin təntənəli açılışında Niderland və Azərbaycanın dövlət himnləri səsləndirilib. Tədbir iştirakçılarının çıxışlarından və təbrik nitqlərindən sonra, Azərbaycan-Niderland dostluğunu özündə əks etdirən materialların təqdimatı olub. Musiqi nömrələri ilə tədbirə qatılmış Klankrijk Drenthe Holland musiqi məktəbinin şaqirdləri , Azərbaycan bəstəkarlarının musiqisindən ibarət olan əsərləri ifa etməsi isə tədbirin kulminasiya nöqtəsi olub. Alqışlarla qarşılanan bu çıxışlar, Niderland vətəndaşının Azərbaycan musiqisinə heyranlığının bariz nümunəsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31