Elmar Məmmədyarov Polşaya səfər edib

Xarici işlər naziri Elmar Məmmədyarov Polşa Respublikasına rəsmi səfərə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, səfər çərçivəsində Elmar Məmmədyarov Polşa xarici işlər naziri Vitold Vaşçıkovski və digər rəsmi şəxslərlə görüşəcək.

Xarici işlər naziri Elmar Məmmədyarov Polşa Respublikasına rəsmi səfərə yola düşüb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, səfər çərçivəsində Elmar Məmmədyarov Polşa xarici işlər naziri Vitold Vaşçıkovski və digər rəsmi şəxslərlə görüşəcək. Polşaya səfər əsnasında Elmar Məmmədyarov 12 aprel tarixində Varşavada keçiriləcək Vışeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclasında iştirak edəcək.  Vışeqrad qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin iclası çərçivəsində nazirin ikitərəfli görüşləri və çıxışı nəzərdə tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31