Suriyanın vurulması həm də Tehran və Pxenyana xəbərdarlıq mesajıdır
“ABŞ-ın Aralıq dənizindən Suriyaya raket zərbəsi endirməsi demək olar ki, bütün dünya gündəmini dəyişib”. “OLAYLAR” -ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Cəbrayıl Fərzəliyev bildirib ki, bundan əvvəllər də ABŞ bir neçə dəfə Suriyaya ərazisinə havadan aviazərbələr endirmişdi: “Amma bu dəfəkindən fərqli olaraq o zərbələr Əsəd ordusuna qarşı deyil, İŞİD-i hədəf almışdı.
10 Aprel 2017 11:23 Dünya"ABŞ-ın Aralıq dənizindən Suriyaya raket zərbəsi endirməsi demək olar ki, bütün dünya gündəmini dəyişib". "OLAYLAR" -ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən politoloq Cəbrayıl Fərzəliyev bildirib ki, bundan əvvəllər də ABŞ bir neçə dəfə Suriyaya ərazisinə havadan aviazərbələr endirmişdi: "Amma bu dəfəkindən fərqli olaraq o zərbələr Əsəd ordusuna qarşı deyil, İŞİD-i hədəf almışdı. Prosesin tam məğzini açıb ağartmaq istəmirəm sadəcə bir məqama toxunmaq istəyirəm: Deməli, Tramp admistrasiyasının bu addımından sonra İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın bu addımını dəstəkləyərək məsələyə münasibət bildirib. O qeyd edib ki, Əsədin kimyəvi silahlardan istifadəsinə qarşı ABŞ-ın adekvat cavabı təqdirəlayiqdir və Əsəd rejiminə verilən bu mesajdan həm Tehran, həm də Pxenyan nəticə çıxarmalıdır. Ümumiyyətlə, Tramp dönəmindəki ABŞ-israil münasibətləri Barak Obama dönəmindən məzmun və forma baxımından fərqlənir. Çünki hazırda sanki İsrailin milli maraqları ABŞ-in xarici siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Xüsusilə ABŞ-in İrana qarşı münasibəti müəyyən mənada bu milli maraqlardan irəli gəlir. Qeyd edəcəyim səbəblər bunu deməyə əsas verir". Politoloq deyib ki, Tramp prezident səlahiyyətlərinin icrasına başladıqdan sonra ABŞ-in İrana olan münasibəti İsrailin İrana qarşı olan barışmaz münasibətindən qaynaqlanır: "Fikrimcə elə bu mövqeyin nəticəsidir ki, ABŞ İranı Vyana sazişinə əməl etməməkdə, Ballistik raketlərin istehsalında və terrora dəstək verməkdə ittiham edərək İrana qarşı yeni sanksiyaların tətbiq edilməsi məsələsini bir neçə dəfə bəyan edib. Digər tərəfdən isə İsrail İranın Suriyadakı hərbi əməliyyatlardan (Rusiyanın kölgəsi kimi olsa belə) narahatdır. Hətta bunu Putinlə son görüşündə baş nazır B.Netanyahu açıq şəkildə etiraf etdi. İsrail siyasi elitasına görə İranın Suriyadakı mövcudluğu İsrailin milli təhlükəsizliyi üçün təhdiddir. Təbii ki, bütün bunlar da boşuna deyil, elə bir neçə il öncə İranda Əhməd Necatın hakimiyyəti dönəmində İran açıq-aşkar İsraili yer üzündən siləcəyi ilə təhdid edirdi. Bir sözlə, bugün ABŞ-in İrana və ümumilikdə Yaxın Şərq regionuna olan münasibətindəki müəyyən riçaqlar İsrailin milli maraqlarından irəli gəlir".