Prezident: Ağır vəziyyətdə yaşayan məcburi köçkünlər yeni evlərə köçürüləcəklər

“Azərbaycanda köçkünlər üçün yeni qəsəbələr salınır və onlardan biri yaxın aylarda Tərtərdə istifadəyə veriləcək”. 

"Azərbaycanda köçkünlər üçün yeni qəsəbələr salınır və onlardan biri yaxın aylarda Tərtərdə istifadəyə veriləcək". 
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışarkən bildirib ki, bundan başqa, ən ağır vəziyyətdə yaşayan köçkün ailələri yeni evlərə köçürüləcəklər.
 
Prosesin mərhələli həll ediləcəyini, bu məqsədlə məcburi köçkünlər üçün həm yeni binaların tikildiyini, həm də artıq inşa olunmuş binalarda mənzillərin ayrılacağını deyən dövlət başçısı vurğulayıb ki, bütün məsələləri həll etmək üçün güclü iqtisadi potensial olmalıdır, Azərbaycanın bu potensialı var. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31