Radikalların daha bir uğursuz cəhdi

Həftə sonu Milli Şura adlanan qurum özünün növbəti biabırçı mitinqini keçirdi. Bu biabırçılıq istər aksiya iştirakçılarının sayı, istər tərkibi, istərsə də orada səslənən şüarlarda özünü açıq göstərirdi. Həmişəki kimi bir ay əvvəldən ciddi cəhdlə aksiyaya hazılaşan Milli Şura və onun rəhbərliyi, xüsusilə Azərbaycan Xalq Cəbhəsi Partiyası yenə də ölkədəki ictimai-siyasi sabitliyi pozmaq məqsədilə xaricdən almış olduğu maddi dəstəyin qarşılığını verə, mitinqin kütləviliyini təmin edə bilmədi. Bəs görəsən bundan sonrakı proseslər necə davam edəcək və 8 aprel uğursuzluğundan sonra Milli Şura, xüsusilə AXCP sədri Əli Kərimli yenidən mitinq şousu düzəltməyə çalışacaqmı? Elə politoloq Ramiz Alıyevlə də söhbətimiz Milli Şuranən 8 aprel aksiyası ilə bağlı oldu.

Ramiz Alıyev: "Əli Kərimli bir tərəfdən dini inanclı insanlarla həmrəy olduğunu bəyan edir, digər tərəfdən dindarların iştirak etdiyi aksiyada tərbiyəsizliyi, əxlaqsızlığı təbliğ edir"

Həftə sonu Milli Şura adlanan qurum özünün növbəti biabırçı mitinqini keçirdi. Bu biabırçılıq istər aksiya iştirakçılarının sayı, istər tərkibi, istərsə də orada səslənən şüarlarda özünü açıq göstərirdi. Həmişəki kimi bir ay əvvəldən ciddi cəhdlə aksiyaya hazılaşan Milli Şura və onun rəhbərliyi, xüsusilə Azərbaycan Xalq Cəbhəsi Partiyası yenə də ölkədəki ictimai-siyasi sabitliyi pozmaq məqsədilə xaricdən almış olduğu maddi dəstəyin qarşılığını verə, mitinqin kütləviliyini təmin edə bilmədi. Bəs görəsən bundan sonrakı proseslər necə davam edəcək və 8 aprel uğursuzluğundan sonra Milli Şura, xüsusilə AXCP sədri Əli Kərimli yenidən mitinq şousu düzəltməyə çalışacaqmı? Elə politoloq Ramiz Alıyevlə də söhbətimiz Milli Şuranən 8 aprel aksiyası ilə bağlı oldu.

-Ramiz müəllim, Milli Şuranın 8 aprel aksiyasını necə dəyərləndirirsiniz?

-Əvvəla onu qeyd edim ki, bir qayda olaraq kütləvi aksiyalar, mitinq və digər tədbirlər sosial sifariş əsasında keçirilir. Yəni cəmiyyət, insanlar ölkədəki hansısa problemlər, onları doğuran səbəblərdən dolayı küçələrə, meydanları çıxır, öz tələbini səsləndirir. Hazırkı situasiyada isə Azərbaycanda belə bir aksiyanın keçirilməsinə heç bir sosial sifariş yox idi. Sosial sifariş olmadan keçirilən hər hansı bir aksiya, mitinqə isə birmənalı olaraq cəmiyyət dəstək vermir, onu məqbul saymır. Bu baxımdan radikal müxalifətin 8 aprel aksiyası da məhz sosial sofariş olmadan təşkil edilən bir mitinq idi və bu mitinqin keçirilməsi üçün sosial sifariş olmadığı üçün həmin aksiyaya da məhdud sayda inanlar qatıldı. Bunu biz aydın şəkildə gördük. Düzdür, müxalifətin həftə sonu keçirdiyi aksiya üçün daxildən sosial sifariş olmasa da, lakin həmin aksiyanın məhz sifariş əsasında təyin edildiyini də söyləyə bilərik. Təbii ki, bu sifarişin müəllifləri də zaman-zaman Azərbaycana qarşı mübarizə aparan erməni lobbisi və ona xidmət edən bəzi beynəlxalq siyasi təşkilatlar, fərdlər idi.

-Sizcə, mitinqlərin hazırkı situasiyada təşkili nə məqsəd daşıyırdı?

-Məqsəd ölkədəki ictimai-siyasi sabitliyi pozmaq, Azərbaycanın ev sahibliyi ilə keçiriləcək daha bir beynəlxalq tədbirə, İslam Həmrəylik Oyunlarına kölgə salmaq idi. Artıq hər kəsə bəllidir ki, bir qayda olaraq Azərbaycan mühüm əhəmiyyətli beynəlxalq tədbirlərə evsahibliyi edən ərəfədə məlum xarici qüvvələr və onların ölkəmizdəki əlaltıları fəallaşaraq ictimai-siyasi sabitliyi pozmağa, həmin tədbirə kölgə salmağa, bununla da Azərbaycanın beynəkxalkq nüfuzu, imicinə zərbə vurmağa çalışırlar. Bu mənada radikalların 8 aprel aksiyası da bunlardan biri idi. Çünki qarşıdan İslam Həmrəylik Oyunları gəlir. Azərbaycan bu oyunlar vasitəsilə aktivinə daha bir xal yazacaq. Bu oyunların keçirildiyi günlərdə bütün müsəlman aləmi, dünyanın diqqəti ölkəmizə yönələcək. Azərbaycan, onun üzləşdiyi problemlər, ölkəmizdəki multikultural vəziyyət, ən əsası Ermənistanın işğalçılıq siyasəti barədə dünya ictimaiyyəti bir daha məlumatlandırılacaq. Heç şübhəsiz ki, bu da erməni lobbisini, onun maraqlarına xidmət edən bəzi beynəlxalq təşkilat və qurumları narahat edir. Onlar da öz növbələrində Azərbaycandakı əlaltıları vasitəsilə bu kimi cəhdlərə əl atırlar. Amma göründüyü kimi Azərbaycan xalqı bu cür cəhdləri dəstəkləmir, onları qəbul etmir. Ona görə də radikal müxalifətin aksiyaları məhdud sayda insanların, yalnız öz qohum-əqrəbalarının iştirakı ilə yadda qalır.

-Sizə elə gəlmirmi ki, mitinq iştirakçılarına nəzər yetirdikdə aksiyanın sifarişinin xaricdən gəldiyi qənaəti yaranırdı?

-Tamamilə razıyam. Radikal müxalifətin 8 aprel aksiyasından çəkilən fotolar, yayımlanan videolara diqqətlə nəzər yetirdikdə aydın görürük ki, aksiya iştirakçılarının əksəriyyətini dindarlar təşkil edib. Bu da onu deməyə əsas verir ki. indi də AXCP sədri cənub qonşumuzun təsiri altındadır və bu səbəbdən 8 aprel aksiyasının iştirakçılarının əksəriyyətini saqqallı "mollalar" təşkil edib. Ümumiyyətlə, son illər əli hər yerdən üzülən radikal müxalifətin, xüsusilə AXCP sədri Əli Kərimlinin radikal islamçılardan yararlanmaq cəhdləri müşahidə edilir. Bundan əvvəlki aksiyalarda da bunun şahidi olduq. İndi də aydın göründü ki, Əli Kərimli dindən öz siyasi məqsədləri üçün istifadə etməyə başlayıb. Məlum Nardaran hadisələri zamanı da bunun əyani şahidi olduq. Ancaq radikalların istər bu, istərsə də bundan sonrakı bütün cəhdlərinin uğursuz olacağı gün kimi aydındır. Çünki bu gün ölkədə xalq-iqtidar birliyi, həmrəyliyi var.

-Aksiyada səslənən şüarlardan biri də bu günlərdə metroda bir KİV nümayəndəsi ilə iki gənc arasında yaşanmış mübahisə ilə bağlı idi. Bu müxalifətin hansı səviyyədə olduğunu ortaya qoymurmu?

-Sizin də qeyd etdiyiniz kimi radikal müxalifətin 8 aprel aksiyası zamanı səsləndirdiyi şüarlardan biri də "Metroda öpüşməyə imkan verin" idi. Əvvəla aksiyada belə bir şüarın səsləndirilməsi radikal müxalifətin, xüsusilə də Əli Kərimlini səviyyəsini ortaya qoyurdu. İkincisi, onların hansı tərbiyənin sahibi olduğunu üzə çıxarırdı. Hər kəsə bəllidir ki, metro ictimai yerdir və insanlar da ictimai yerlərdə özlərini nizamlamalı, ictimai qayda-qanun əsasında hərəkət etməlidirlər. Bunu qarşılığında Əli Kərimli tərəfdarlarının belə bir şüar səsləndirməsi insanlarda əxlaqsızlığı, tərbiyəsizliyi təbliğ etmək deməkdir. Nəhayət, başqa bir məqam. Əli Kərimli və onun yaxın ətrafı bir tərəfdən dini inanclı insanlarla həmrəy olduğunu bəyan edir, guya onların hüquqlarını müdafiə etdiyini deyir, həmin insanlardan öz siyasi məqsədləri üçün istifadə edərək onları mitinqlərə, aksiyalara cəlb edir, digər tərəfdən isə elə həmin dindarların iştirak etdiyi aksiyada tərbiyəsizliyi, əxlaqsızlığı təbliğ edir. Dini inanclara hörmət edən birisinin əxlaqsızlığı təbliğ etməsi nə dərəcədə normaldır, bu mənə çatmır. Göründüyü kimi bu adam tamamilə başını itirib və artıq hansı addımı atdığını, nə etdiyini belə bilmir. Yəni bir sözlə radikal müxalifət və xüsusilə də AXCP sədri Əli Kərimlinin atmış olduğu bir addım, digərini təkzib edir.

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31