Əli Kərimli “siyasi mühacir” biznesini genişləndirməyə çalışır
Aprelin 8-də Əli Kərimlinin rəhbəri olduğu AXCP Milli Şura ilə birlikdə mitinq keçdi. Ancaq mitinq olduqca sönük keçməsi, iştirakçıların sayını isə kifayət qədər az olması ilə müşayət olundu. Əslində ictimai rəyə heç bir təsiri olmayan belə bir mitinqin təntənəli keçirilib-keçirilməməsi AXCP sədri Əli Kərimlinin marağöında deyildi.
10 Aprel 2017 15:35 Siyasət8 aprel mitinqi də məhz buna hesablanıbmış
Aprelin 8-də Əli Kərimlinin rəhbəri olduğu AXCP Milli Şura ilə birlikdə mitinq keçdi. Ancaq mitinq olduqca sönük keçməsi, iştirakçıların sayını isə kifayət qədər az olması ilə müşayət olundu. Əslində ictimai rəyə heç bir təsiri olmayan belə bir mitinqin təntənəli keçirilib-keçirilməməsi AXCP sədri Əli Kərimlinin marağöında deyildi. Məsələ orasındadır ki, AXCP sədri istənilən halda aksiya keçirməklə yalnız və yalnız özünün şəxsi maraqlarını güdürdü. Əvvala xarici anti-Azərbaycan dairələrindən verilmiş sifariş icra olunmalı idi ki, bundan ötrü zaman, məkan və kütləviliyə ehtiyac yox idi. Digər tərəfdən, mitinq üçün ayrılmış çirkli pulların hesabatı zaman gözləmir. Daha bir məqam ondan ibarət idi ki, Ə. Kərimli guya "irəli düşməklə" cəmiyyətə və xarici havadarlarına sifariş vermək istəyirdi ki, ölkədə AXCP-dən başqa müxalifət yoxdur, bütün müxalifət Milli Şurada cəmləşib. Ancaq fakt ondan ibarətdrir ki, hər bir siyasi qüvvə istər-istəməz təşkil etdiyi aksiyaların möhtəşəm və uğurlu alınması ilə siyasi deşərgədə özünə yer edir. Çünki ancaq möhtəşəmlik və mütəşəkkillik şəraitində mitinqlərdə irəli sürülən tələblərin həyata keçməsinə nail olmaq mümkün olur. Amma Əli Kərimlinin əvvəlki aksiyaları kimi, aprelin 8-nə təyin etdiyi mitinqi də bu mənada möhtəşəmliyi heç cürə özündə ehtiva edə bilmədi.
Məlumata görə, mitinqə qatılan azsaylı iştirakçlar heç də müxalifət, yaxud onların təbiri ilə desək, "narazılar" dan ibarət olmayıb. Maraqlı olan məqam ondan ibarətdir ki, aksiyada iştirak edən şəxslərin əksəriyyətinin heç birinin öncədən siyasi fəaliyyətlərinin olmamasıdır. Belə ki, mitinqdə Avropa ölkələrindən "siyasi mühacir" kimi yaşamaq istəyən şəxslər üstünlük təşkil edib. Məlumata görə, bu kateqoriyadan olan şəxslərin mitinqdə iştirak etməsinin ən böyük səbəbi Avropa ölkələrinin "siyasi mühacir"lərlə bağlı tələbləridir. Belə ki, mitinqlərdə iştirak edib şəkillər çəkdirən sözügedən vətəndaşlar bununla səfirliklərə müraciət edə bilirlər. Onlar ölkədə baş verən hadisələrə etirazlarını bildirdiklərini bu fotolarla təsdiqləyirlər. Mənbənin sözlərinə görə, ümumiyyətlə heç bir ictimai-siyasi fəaliyyəti olmayan şəxslərə Avropada "siyasi mühacir" adı almasına AXCP, Müsavat funksionerləri ilə yanaşı, müxtəlif səfirliklərdən qrantlar alan və ölkədə ictimai xadim kimi tanınan gənclər də köməklik ediblər. Bu işləri isə hansısa təəsübkeşliyə görə yox, hansısa maddi təminat qarşılığında edilib. Bu isə Ə. Kərimlinin "siyasi mühacir" biznesini genişləndirmək anlamına gəlir.
Onu da xatırladaq ki, sözügədin mirinqin müxalifətə böyük zərbə vurması elə müxalifət təmsilçilərinin özlərinin dilindən səsləndirilib. AXCP sədrliyinə keçmiş namizəd Sahib Kərimli bildirib ki, 8 aprel mitinqinə cəmiyyətdən heç bir dəstək gəlmədi, həmişəki adamlar iştirak etdi, AXCP və bütövlükdə cəmiyyət ciddi zədə aldı. Bu halda belə bir sual yaranır: günlərlə insanları sosial şəbəkə vasitəsilə mitinqə çağırış edən AXCP-Milli Şuranın mitinqi nədən bu qədər sönük keçirildi? Cavab birdir: bu təşkilatların cəmiyyətdə sosial bazası yoxdur, Əli Kərimili və onun təmsil etdiyi siyasi qurum tamamilə nüfuzunu itirib. Təsadüfi deyil ki, S.Kərimli hesab edir ki, məsləyə ümumi yanaşdıqda məlum olur ki, AXCP və onuntəşkilatçılıq işi olduqca zəifdir.
Liderin ( Əli Kərimli ) reytinqi aşağıdır, insanlar sözügedən siyasi təşkilata güvənmirlər. Qeyd edək ki, AXCP-nin belə acınacaqlı hala düşməsinin ən başlıca səbəbi Ə.Kərimlinin təşkilatın nüfusu, onun müxalifət düşərgəsindəki yeri yox, şəxsi intirğalarıdır. Məhz belə fəaliyyətin nəticəsidir ki, AXCP strukturları tamamən zəifləyib, təcrübəli adamlar yanlış idarəetmə nəticəsində partiyadan ya uzaqlaşıb, ya da uzaqlaşdırılıblar. Məlum olduğu kimi Ə.Kərimlinin partiyanı özəlləşdirməsi, yenilikçi gəncləri təqib etməsi, yeri gəldikdə isə onların şantaj edilməsi ən sevimli iş metorlarındadandır. İndiyə qədər pariyada baş verən "yarpaq tökümü" məhz qərəzli fəaliyyətin bariz göstəricisidir. Hətta bu məqəsədlə himayəsində olan media qurumları və sosial şəbəkələrdən gen-boluna istifadə edir. Odur ki, getdikcə çevrəsi daralan Əli Kərimlinin illərdən bəri göstərdiyi fəaliyyət fiaskoya uğrayıb. Artıq ən etibarlı tərəfdaşları (əgər varsa) belə onun nə zamansa nəticə əldə edəcəyinə inanmır. Çünki, Ə.Kərimlinin ətrafında əqidədaşları yox, siyasi və maddi təzminat güdən "tərəfdaşları" cövlan edir. S.Kərimli qeyd edir: "Əli Kərimli orta məktəbdə oxuyub, onun sinif yoldaşlarının bir xoş xatirəsinə rast gəlibsizmi? Və ya Mebel fabrikində işlədiyi müddətdə onun seçkin birisi olduğu haqqında bir iş yoldaşı sonralar nəsə deyibmi? Hərbi xidmətdə olan Əli Kərimlinin əsgər yoldaşını tanıyan varmı? Tələbə Əli Kərimlinin hərəkat yoldaşlarının hamısı ondan üz döndərib, təşkilatda qalan varmı? Əli Kərimli kənddə böyüyüb, elə həmin kənddən onlarla adamı hakimiyyət onun evinin qarşısında söydürüb. Öz kəndçisini gedib Bakıda söyüb qayıdan qohum və həmkəndli geri dönüb həmin kənddə heç nə olmamış kimi yaşaya bilirsə, bunun başqa səbəblərini axtarmaq lazımdır. AXCP kimi təşkilata rəhbərlik edən şəxsin keçmişdən bu günə dostu və ya ona sayğı göstərən bir həmkəndlisi, sinif yoldaşı, iş yoldaşı, tələbə yoldaşı olmayıbsa, hərəkat yoldaşının qalmamasında təəccüblü heç nə yoxdur". Bu isə o deməkdir ki, Ə.Kərimlinin siyasi fəaliyyət göstərməyə, hansısa siyasi quruma rəhbərlik etməyə, üstəlik müxalifət adından danışmağa heç bir haqqı yoxdur. Öz kəndində, obasında, elində, qohum-əqraba, dost-tanış yanında bir qara quruş qədər hörməti olmayan şəxsin siyasi hakimiyyət uğrunda mübarizə aparması doğrudan da gülünc səslənir.
Zəka