Aprel şəhidləri Kürdəmirdə anılıb
Kürdəmir rayon Heydər Əliyev Mərkəzində AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsinin və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə, aprel döyüşlərində şücaət göstərərək qəhrəmancasına şəhid olmuş baş leytenant Əbubəkr İsmayılovun və cəsur kəşfiyyatçı, şəhid Tural Qurbanovun xatirəsinə həsr edilən tədbir keçirilib.
10 Aprel 2017 16:05 SosialKürdəmir rayon Heydər Əliyev Mərkəzində AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsinin və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə, aprel döyüşlərində şücaət göstərərək qəhrəmancasına şəhid olmuş baş leytenant Əbubəkr İsmayılovun və cəsur kəşfiyyatçı, şəhid Tural Qurbanovun xatirəsinə həsr edilən tədbir keçirilib.
AMEA - dan "Olaylar" - a bildirilib ki, tədbirdə AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Dağlıq Qarabağ müharibəsinin müasir mərhələsindən, Ermənistanın işğalçı siyasətindən və xalqımızın şanlı qəhrəmanlıq səhifəsini yazan aprel döyüşlərindən söhbət açıb.Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov bütün ölkədə olduğu kimi, Kürdəmirdə da şəhidlərin xatirəsinin əziz tutulduğunu və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsində hər bir şəhidin şücaətinin bir nümunə olduğunu diqqətə çatdırıb. Tədbir çərçivəsində Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızının "Hay ver mənə, cənab leytenant" kitabının təqdimatı da olub. Kitabda işğalçı Ermənistan hərbi birləşmələrinin 2016-cı il aprelin 2-də dövlətimizə qarşı növbəti təxribatının qarşısının alınmasında qəhrəmanlıq göstərərək şəhid olmuş, Mi-24 hərbi helikopterinin ekipaj üzvü, baş leytenant Əbubəkr İsmayılovun qısa, eyni zamanda, şərəfli həyatından, insani keyfiyyətlərindən bəhs edilir.