Mühacir biznesinə hesablanmış aksiya

Milli Şura adlanan qurum, daha dəqiq desək Azərbaycan Xalq Cəbhəsi Partiyası və onun rəhbəri Əli Kərimli növbəti uğursuz aksiyasını keçirdi. Aprelin 8-də Məhsul stadionuna toplaşan Əli Kərimlinin məhdud sayda tərəfdarı yenə də öz ənənələrinə, dünyagörüşlərinə uyğun mövqe, hərəkət sərgiləyərək insanların bir neçə saat əsəbləri ilə oynadı, paytaxt sakinlərinin istirahət hüquqlarını pozdu.

Yaxud "talana yox" adı altında imitasiya

Milli Şura adlanan qurum, daha dəqiq desək Azərbaycan Xalq Cəbhəsi Partiyası və onun rəhbəri Əli Kərimli növbəti uğursuz aksiyasını keçirdi. Aprelin 8-də Məhsul stadionuna toplaşan Əli Kərimlinin məhdud sayda tərəfdarı yenə də öz ənənələrinə, dünyagörüşlərinə uyğun mövqe, hərəkət sərgiləyərək insanların bir neçə saat əsəbləri ilə oynadı, paytaxt sakinlərinin istirahət hüquqlarını pozdu. 8 aprel aksiyasında müşahidə edilən ən maraqlı məqamlardan biri yenə də mitinqdə dindarların çoxluq təşkil etməsi idi. Etiraf edək ki, Milli Şuranın əvvəlki aksiyalarından fərqli olaraq bu dəfə mitinqə daha çox dindar cəlb edilmişdi. Bu isə öz-özlüyündə Milli Şuranın aksiyasına, ümumiyyətlə bu qurumun ölkədə siyasi sabitliyi pozmaq cəhdlərinə xarici dairələrin dəstək verdiyini açıq şəkildə ortaya qoyur. Bu mənada 8 aprel aksiyasında dindarların çoxluq təşkkil etməsi belə nəticəyə gəlməyə əsas verir ki, Milli Şura, daha dəqiq desək Əli Kərimli bu dəfəki mitinqinin həm maddi, həm də elektorat dəstəyini məhz cənub qonşumuzdan alıb. Təsadüfi deyil ki, 8 aprel aksiyasını müşahidə edən bir sıra siyasilər də bu qənaətdədirlər. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri müavini Niyaməddin Orduxanlı da hesab edir ki, Milli Şuranın keçirdiyi mitinqin təşəbbüskarı və təşkilatçısı İran dövlətidir. Onun sözlərinə görə, Nardaran hadisələrindən sonra İranın ələ aldığı şəxslər etiraz aksiyası keçirməmişdi. Ona görə də mitinqidə iştirak edənlərin böyük əksəriyyətini "mollalar" təşkil edirdi: "Təsəvür edin, bir həftə ərzində Əli Kərimli mitinq keçirmək arsusunu reallaşdırdı. Hətta Bakı şəhər icra hakimiyyəti aksiyanın 9 apreldə deyil, başqa zamanda keçirilməsini təklif etdi və tarixin dəyşdirilməsinə də etiraz etmədilər və razılaşdılar. Ancaq aprelin 8-də keçirilən mitinqdə nə baş verdi? Demək olar ki, aksiyada çox az insan iştirak etdi. Xüsusən iştirakçılar arasında daha çox radikallar gözə çarpırdı. Bunun da nəticəsində gün boyu Əli Kərimli sosial şəbəkədə gülüş obyektinə çevrildi. Yüzlərlə insan Əli Kərimlinin keçirdiyi "429 nəfərlik" mitinqi məsxəliyə qoydu və bununla bağlı statuslar yazdı. Hətta ölkənin tanınmış jurnalistləri belə öz ironiyalarını gizlətmədilər. İndi sual olunur, Əli Kərimlinin bu mitinq şousu kim lazım idi? "Azadlıq" radiosunun sosial şəbəkədə canlı yayımı ilə mitinqi izləyənlərin "onlayn" sayı təxminən 1400 nəfər idi. Mitinq iştirakçılarının sayı isə 500 nəfərdən artıq deyildi. Bunlar arasında jurnalistlər, video çəkənlər, tum satanlar, mühafizəni təşkil edən polislər və 200 nəfər yaxın isə İran molla rejimin təsirində olan şəxslər idi. Demək olar ki, 500 nəfərin yarıdan çoxu radikallar idi. Bu fakt sübut edir ki, Əli Kərimlinin İran molla rejimi ilə birbaşa əlaqəsi var. Bu nəticəyə gəlmək olar ki, Əli Kərimli Qənimət Zahidi boş yerə İrana göndərməyibmiş". Niyaməddin Orduxanlının sözlərinə görə, sosial şəbəkələrdə ən çox yazılan statuslarda onunla bağlı idi ki, Əli Kərimli 429 nəfərlik mitinqi ona görə edir ki, azı 50 nəfərə "qiyməti" 2500 dollar olan partiya arayışı satacaq: "Bu da təxminən 125 000 dollar edir. Bilirsiniz ki, Əli Kərimlinin yaxın adamı olan və hazırda Hollandiyada yaşayan Fikrət Hüseynli bu işlə məşğuldur. Pulun müqabilində Əli Kərimlinin partiya arayışını satır. Asan yolla Avropada yaşamaq üçün saxta partiya arayışı alan şəxslərin özlərinin veridiyi məlumata görə, bir müddət keçdikdən sonra necə aldanıldıqlarının şahidi olurlar. Bütün bunlar haqlı olaraq insanlarda o fikri formalaşdırır ki, bu mitinq həm də birbaşa Əli Kərimlinin mühacir biznesinə xidmət etmək üçün keçirilən tədbir idi. Onu da əlavə edim ki, Xədicə İsmayıl radikal dindarların mitinqə qatılacağı təqdirdə stadiona gəlməyəcəyini bildirib. O şərt qoymuşdu ki, İranın təsirində olan Eldəniz Quliyev mitinqin təşkilat komitəsinə salınmasın. Əli Kərimli də Xədicə İsmayılın tələbinə görə Eldəniz Quliyevi nəinki mitinqin təşkilat komitəsinə, heç tribunaya da yaxın qoymadı. Maraqlısı isə budur ki, Kərimli İsmayılovaya sağ göstərib sol vurub. Yəni Eldəniz Quliyev təşkilat komitəsində təmsil olunmasa da, mitinqin əsas iştirakçıları yenə də radikallar olub. Bu isə Kərimli-İsmayılova arasında yeni qalmaqala səbəb olacaq".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31