Gündəm

Multikulturalizm Mərkəzində metodik seminar

24 Aprel 2017 12:02

Beynəlxalq Multikulturalizm Mərkəzində “Müasir Azərbaycan cəmiyyətində multikultural ənənələrin inkişafında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda «Multikulturalizmə giriş» və «Azərbaycan multikulturalizmi» fənlərinin tədrisi məsələlərinə həsr olunmuş növbəti metodik seminar keçirilib.

Hülya Avşarın verilişi bağlanır

24 Aprel 2017 11:59

Aktrisa Hülya Avşarın aparıcılıq etdiyi proqramın bağlanacağı deyilir. O, "Bir Hülya Avşar Söhbeti"nin yeni treylerini sosial mediadan paylaşdıqdan az sonra silib.

Zonquldağda faciə: 9 tabut ard-arda düzüldü - VİDEO - FOTO

24 Aprel 2017 11:58

Türkiyənin Zonquldağ şəhərində dünən axşam saatlarında 50 metr yüksəklikdən uçuruma düşən avtobusda həyatını itirən 9 nəfər son mənzilə yola salınıb.

Qrizmann Benzemadan geri qalır

24 Aprel 2017 11:55

"Atletiko"nun hücumçusu Antuan Qrizmann La Liqanın 33-cü turunda "Espanyol"la matçda 73-cü dəqiqədə fərqlənməklə komandasına qələbə qazandırıb.

Erməni əsir qaçdı: 5 nəfəri güllələdi

24 Aprel 2017 11:53

Kolumbiyada Ermənistan və Rusiya vətəndaşlığı olan bir nəfər üsyançı Milli Azadlıq Ordusunun gözətçilərinə atəş açaraq əsirlikdən qaçıb. Əsir düşmüş Arsen Voskanyanın azad olunması prosesi zamanı o, gözətçiyə hücum edərək onun silahını götürüb, beş nəfəri yaralayıb. Bundan sonra özü yaralanan Arsen qaçmağa müvəffəq olub.

Tarkanın Bakı konsertindən qazanacağı məbləğ

24 Aprel 2017 11:50

Müğənni Tarkan "Formula 1" yarışlarının açılış günü Bakıda konsert verəcək. O, Bakıdakı konsertindən 500 min dollar qazanacaq.

Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin vurğuladığı tezislər gələcək inkişaf strategiyasının prioritetləridir

24 Aprel 2017 11:45

“Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra gənc, müstəqil Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Sabitlik təmin edildi, iqtisadiyyat, xüsusilə də neft-qaz sektoru inkişaf etməyə başladı. Qısa zamanda ölkəmiz qlobal enerji layihələrinin iştirakçısı və təşəbbüsçüsünə çevrildi. Bununla Azərbaycan dünya miqyasında neft ölkəsi olaraq böyük nüfuz qazandı, Avropanın enerji təhlükəsizliyi üzrə etibarlı tərəfdaşına çevrildi. Bu gün isə Azərbaycan iqtisadiyyatı qeyri-neft sahəsi üzrə şaxələndirilir, “Made in Azerbaijan” brendi dünya bazarlarına daxil olur. “Made in Azerbaijan” brendini dünyada tanıtdırmaq üçün praktiki addımlar atılır. Artıq bu brend bu gün dünyada şöhrət qazanır.” Aprelin 17-də Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində çıxışı zamanı möhtərəm Prezidentimiz İlham Əliyevin səsləndirdiyi bu fikirlər ölkəmizin son dövrlər qeyri-neft sahəsi üzrə böyük uğurlar əldə etdiyini təsdiqləyir.” Bunu KİV-ə açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

MTRŞ İTV-nin baş direktoru vəzifəsinə namizədlərin adlarını açıqlayıb

24 Aprel 2017 11:43

Milli Televiziya və Radio Şurasının (MTRŞ) İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bu vəzifəyə seçilmək üçün namizədin müəyyənləşdirilməsi üçün elan etdiyi müsabiqəyə sənəd qəbulu başa çatıb.

Avrasiya gənc liderlər forumu keçirilib 

24 Aprel 2017 11:38

“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının baş katibi Aytən Əliyeva Çində keçirilən Avrasiya Gənc Liderlərin Forumunda iştirak edib. Təşkilatdan “OLAYLAR”-a bildirilib ki, səfər zamanda baş katib Ümumçin Gənclər Federasiyasının baş katibi Xanım QingLi, Urumçi Gənclər Federasiyasının sədr müavini xanım Ban Huyan ilə görüşüb.

Azərbaycan da elə buna-işğalçını sülhə məcbur etməyə hazırlaşır

24 Aprel 2017 11:36

“Azərbaycan ordusunun aprelin 16-da başlatdığı geniş təlimlər bitdi. Bu, sülh adına keçirilən təlimlər idi. Minsk qrupuna həmsədrlik edənlər düz deyirlər- Dağlıq Qarabağ problemi ancaq sülh yoluyla həll edilə bilər”.

Masallı-Yardımlı yolunun çökən hissəsi bərpa olunub

24 Aprel 2017 11:34

İntensiv yağan yağışlar nəticəsində sürüşmə baş vermiş Masallı-Yardımlı avtomobil yolunun 17-ci kilometrlik hissəsi əsaslı şəkildə bərpa olunaraq sürücülərin istifadəsinə verilib.

Makronun ikinci turda qalib gəlmək ehtimalı daha çoxdur

24 Aprel 2017 11:33

Fransada seçkilərdə 23,75% səs toplamış “En Marche” (İrəli) Hərakatının lideri Emmanuel Makronla birinci mərhələni 21, 53 % səslə başa vurmuş “Milli Cəbhə” partiyasının lideri Marin Le Pen ikinci turda yarışacaqlar.

Ucar-Əlikənd mənzilində 6 km dəmir yolu əsaslı təmir olunur 

24 Aprel 2017 11:30

Azərbaycan dəmir yollarının əsaslı təmiri prosesinin növbəti mərhələsi həyata keçirilir. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolu əsaslı təmir olunur.

Ermənilər 113 dəfə atəşkəsi pozub

24 Aprel 2017 11:28

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan (4 mərmi) da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 113 dəfə pozub. Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Dovex, Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli, Qaymaqlı, Fərəhli, Quşçu Ayrım, Kəmərli kəndlərində, Berd rayonunun Ayqedzor, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu və Koxanəbi kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Olland Makronu ikinci tura yüksəlməsi ilə əlaqədar təbrik edib

24 Aprel 2017 11:26

Fransa prezidenti Fransua Olland və sabiq iqtisadiyyat naziri Emmanuel Makron arasında telefon danışığı olub.  Olland telefon danışığı zamanı Emmanuel Makronu prezident seçkilərinin ikinci turuna yüksəlməsi ilə əlaqədar təbrik edib. Xəbərdə deyilir ki, Olland bu gün çıxış etməyəcək. O, yalnız seçkilərin ikinci turunda kimə səs verəcəyini bildirəcək.