Qrizmann Benzemadan geri qalır
"Atletiko"nun hücumçusu Antuan Qrizmann La Liqanın 33-cü turunda "Espanyol"la matçda 73-cü dəqiqədə fərqlənməklə komandasına qələbə qazandırıb.
24 Aprel 2017 11:55 İdman"Atletiko"nun hücumçusu Antuan Qrizmann La Liqanın 33-cü turunda "Espanyol"la matçda 73-cü dəqiqədə fərqlənməklə komandasına qələbə qazandırıb. 26 yaşlı forvard, bununla Primerada qollarının sayını 100-ə yüksəldib. O, İspaniyada bu qol həddinə çatan 2-ci fransız futbolçudur. Rekord 120 qol vuran Kərim Benzemaya məxsusdur. Qrizmann qollarının 40-nı "Real Soceidad"da, 60-nı isə "Atletiko"da vurub. Goal.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31