Gündəm
“Axeoqrafik sənədlərin təsviri” əsəri nəşr olunub
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna uzun müddət rəhbərlik etmiş, əməkdar elm xadimi, professor Cahangir Qəhrəmanovun “Axeoqrafik sənədlərin təsviri” əsəri “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.
İranla sərhəddə insident-həbs olunan və yaralananlar var
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları növbəti dəfə külli miqdarda narkotik vasitələrin ölkəmizə gətirilməsinin qarşısını alıblar. DSX-nın Mətbuat Mərkəzindən verilən məlumata görə, aprelin 20-də saat 22:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Biləsuvar rayonunun ərazisindəki sərhəd zastavasının xidməti sahəsində İrandan Azərbaycana dövlət sərhədindən narkotik vasitələri keçirərək hadisə yerindən uzaqlaşmağa cəhd göstərən Yevlax rayon sakinləri Niyazquliyev Müşfiq İbrahim oğlu və Cəfərov Ramin İslam oğlu səhədçilərin çevikliyi nəticəsində saxlanılıblar.
Əmək mühafizəsi qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilir
Azərbaycanda əmək mühafizəsi qaydalarının pozulmasına görə cəzalar sərtləşdirilir.Məlumata görə, Cinayət Məcəlləsinə dəyişikliyin edilməsini nəzərdə tutan yeni layihəyə görə, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurularsa, 2000 manatdan 3000 manatadək (hazırda 100 manatdan 500 manatadək) miqdarda cərimə ilə (və ya iki ilədək müddətə islah işləri ilə və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə) cəzalandırılır.
QMİ-nin səlahiyyətləri artırılır
Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanuna əlavələr təklif edilir. “Olaylar” xəbər verir ki, layihə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Komitə sədri Siyavuş Novruzov layihə barədə məlumat verərək bildirib ki, layihəyə əsasən, Qafqaz Müsəlmanları İdarəsi xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla islam dininə aid ayin və mərasimlər aparmasına icazə verə bilər.
Antik dövrə aid yaşayış yeri və nekropol aşkarlanıb
İmişli rayonunun Qızılkənd kəndində gümüş sikkələrdən ibarət dəfinə aşkarlanıb. Akademiyadan “Olaylar” – a bildirilib ki, dəfinə barədə AMEA – nın Arxeologiya və Etnoqrafiya İnstitutuna məlumat verən rayon sakini Məmmədağa Rüstəmov sikkələrdən birinin təsvirini bu elm müəssisəsinin elektron ünvanına göndərib. Sikkənin fotosuna baxış zamanı onun avers (üz) tərəfindəki təsvirin Makedoniyalı İskəndərə (e.ə. 336-323) aid olduğu müəyyənləşib.
Bakıda 18 mərtəbəli bina yanıb
Paytaxtın Nizami rayonunda yanğın hadisəsi qeydə alınıb. “Olaylar” Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakının Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının bloklarının birində zirzəmidən başlayaraq 18-ci mərtəbəyə kimi kabel şaxtasında 600 p.m elektrik kabeli yanıb. Yanğın zamanı hadisə yerindən 40 nəfər bina sakini təxliyə, 8 nəfər azyaşlı uşaq xilas edilib. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 02:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bu gün AŞ PA-nın yaz sessiyası başlayır
Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası işinə başlayır.“Olaylar” xəbər verir ki, iclasın gündəliyinə Şimali Qafqaz, gəlirlərin artması, bərabərsizliklər və qaçqın qadınların gender əsaslı zorakılıqdan müdafiəsi, insan hüquqlarının vəziyyətinə dair müzakirələr daxildir.
Misir və ABŞ birgə hərbi təlimlərə başladı
Misir və ABŞ ordularının Qırmızı dənizdə bir neçə gün birgə davam edəcək hərbi təlimlərinin başladığını bildirilib. Bu barədə Misir ordusu tərəfindən yazılı şəkildə məlumat verilib. Açıqlamada Misir və ABŞ dəniz donanma qüvvələrinin Qırmızı dəniz sərhədlərində "Qartalın Salamı 2017" adlı birgə hərbi təlim keçirəcəkləri deyilib.
"Quş qripi" TƏHLÜKƏSİ: 34 yaşlı kişi xəstəxanaya yerləşdirildi
Çinin şimal-şərqində yerləşən Szilin əyalətində region sakinlərindən birində H7N9 virusu aşkarlanıb. Bu, il ərzində yaşanan birinci haldır. Virus 34 yaşlı Tunxua şəhər sakinində aşkar edilib. Hazırda yerli xəstəxanalardan birinə yerləşdirilən xəstənin vəziyyətinin ağır olduğu deyilir.
Putin-Ərdoğan görüşü öncəsi Ankaradan böyük jest
Türkiyə hakimiyyəti Rusiya vətəndaşları üçün vizasız rejimin müddətinin 90 günə qədər uzadıb. Bu haqda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Daha əvvəl Türkiyəyə səyahət edən Rusiya vətəndaşları üçün vizasız rejimin müddəti 60 gün idi.
Yadplanetlilərlə bağlı İNANILMAZ FAKT: onlar daha çox mazoxistləri...
Yadplanetlilər daha çox psixi sağlamlığı olmayan insanları “ziyarət” edirlər. Onlar xüsusən də mazoxist insanlara baş çəkirlər. Araşdırmalar göstərir ki, belə insanlar ruhi olaraq əzablardan zövq aldığı üçün başqa planetlərdən olanlar sanki onların qoxusunu alırlar.
Şagirdləri daşıyan mikroavtobus qəzaya uğradı: yaralılar var - 14 yaşlı Ömərin vəziyyəti ağırdır
Türkiyənin Adana şəhərində, lisey şagirdlərini daşıyan mokroavtobusunun avtomobillə toqquşması nəticəsində biri ağır olmaqla 18 şagird yaralanıb. Qəzada yaralanan 18 şagird təcili yardımlarla şəhərdəki xəstəxanalara çatdırılıblar. Yaralılardan Çukurova Universiteti Tibb Fakültəsi Balcalı Xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilən 14 yaşlı Ömər Faruk Tatarın vəziyyətinin ağır olduğu deyilir.
Araz Əlizadə insanları təxribata çəkir
"Sözləri varsa, üzümə desinlər. İş yerimi, Milli Məclisi tanıyırlar. Gəlsinlər, həmin sözləri üzümə desinlər. Əgər kişidirlərsə, gəlsinlər. Bizdə məhəllədə belə idi. Döyülən cavab verə bilməyəndə qaçıb söyüş söyməyə başlayırdı. İndi bunlar da sözlərini üzümə deyə bilmirlər, “Facebook”a girib məni söyürlər”.
Müsabiqə qalibləri bəlli oldu
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşəbbüsü, Azərbaycan Respublikası Gənclər və İdman nazirliyinin dəstəyi ilə “Youthvision 2017” Beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, “Elektra Events Hall”da baş tutan konsertdə ümumilikdə 19 ölkə təmsilçisi iştirak edib.
Azərbaycanda çörək istehsalında ciddi azalma - Əhali daha az yeməyə başlayıb?
Azərbaycan Dövlət Statistika Komitəsi ölkədə çörək istehsalında ciddi geriləmə qeydə alıb. Komitənin açıqladığı statistikaya görə bu ilin birinci rübündə Azərbaycanda 13 min 755 ton çörək və çörək-bulka məmulatı istehsal olunub. Bir il əvvəlki dövrlə müqayisədə istehsal 2 min 192 ton - 13,8 faiz geriləyib. Dövlət Statistika Komitəsinin məlumatında o da deyilir ki, bu göstəricilərə kiçik sahibkarlıq subyektlərinin fəaliyyəti daxil deyil.














