Antik dövrə aid yaşayış yeri və nekropol aşkarlanıb
İmişli rayonunun Qızılkənd kəndində gümüş sikkələrdən ibarət dəfinə aşkarlanıb. Akademiyadan “Olaylar” – a bildirilib ki, dəfinə barədə AMEA – nın Arxeologiya və Etnoqrafiya İnstitutuna məlumat verən rayon sakini Məmmədağa Rüstəmov sikkələrdən birinin təsvirini bu elm müəssisəsinin elektron ünvanına göndərib. Sikkənin fotosuna baxış zamanı onun avers (üz) tərəfindəki təsvirin Makedoniyalı İskəndərə (e.ə. 336-323) aid olduğu müəyyənləşib.
24 Aprel 2017 12:31 Sosialİmişli rayonunun Qızılkənd kəndində gümüş sikkələrdən ibarət dəfinə aşkarlanıb. Akademiyadan "Olaylar" - a bildirilib ki, dəfinə barədə AMEA - nın Arxeologiya və Etnoqrafiya İnstitutuna məlumat verən rayon sakini Məmmədağa Rüstəmov sikkələrdən birinin təsvirini bu elm müəssisəsinin elektron ünvanına göndərib. Sikkənin fotosuna baxış zamanı onun avers (üz) tərəfindəki təsvirin Makedoniyalı İskəndərə (e.ə. 336-323) aid olduğu müəyyənləşib. Qızılkənd kənd sakini Etiram Həsənovun tapdığı doqquz ədəd sikkə institutun İmişli rayonuna ezam olunan əməkdaşlarına təhvil verilib. Dəfinənin aşkarlandığı yerə baxış keçirən arxeoloqlar burada antik dövrə aid yaşayış yeri və nekropolun olduğunu müəyyənləşdiriblər.
Bildirilib ki, hazırda dəfinə institutun numizmatika şöbəsində tədqiq edilir. Yaxın vaxtlarda dəfinənin aşkarlandığı ərazidə arxeoloji tədqiqat işlərinə başlanılacaq.