“Axeoqrafik sənədlərin təsviri” əsəri nəşr olunub

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna uzun müddət rəhbərlik etmiş, əməkdar elm xadimi, professor Cahangir Qəhrəmanovun “Axeoqrafik sənədlərin təsviri” əsəri “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna uzun müddət rəhbərlik etmiş, əməkdar elm xadimi, professor Cahangir Qəhrəmanovun "Axeoqrafik sənədlərin təsviri" əsəri "Elm və təhsil" nəşriyyatında çapdan çıxıb.

Akademiyadan "Olaylar" - a bildirilib ki, İnstitutun Elmi Şurasının qərarı ilə nəşr olunan əsərdə XVI-XIX əsrlərdə tərtib olunmuş və mühafizə edilən şah fərmanlarının, hökmlərin, qəbalələrin, hibənamələrin və digər rəsmi sənədlərin təsviri əksini tapıb.

Kitabın elmi redaktoru akademik Teymur Kərimli, redaktoru filologiya elmləri doktoru Paşa Kərimovdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31