QMİ-nin səlahiyyətləri artırılır

Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanuna əlavələr təklif edilir. “Olaylar” xəbər verir ki,  layihə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Komitə sədri Siyavuş Novruzov layihə barədə məlumat verərək bildirib ki, layihəyə əsasən, Qafqaz Müsəlmanları İdarəsi xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla islam dininə aid ayin və mərasimlər aparmasına icazə verə bilər.

Azərbaycanda "Dini etiqad azadlığı haqqında" qanuna əlavələr təklif edilir. "Olaylar" xəbər verir ki,  layihə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Komitə sədri Siyavuş Novruzov layihə barədə məlumat verərək bildirib ki, layihəyə əsasən, Qafqaz Müsəlmanları İdarəsi xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla islam dininə aid ayin və mərasimlər aparmasına icazə verə bilər. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31