Putin-Ərdoğan görüşü öncəsi Ankaradan böyük jest
Türkiyə hakimiyyəti Rusiya vətəndaşları üçün vizasız rejimin müddətinin 90 günə qədər uzadıb. Bu haqda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Daha əvvəl Türkiyəyə səyahət edən Rusiya vətəndaşları üçün vizasız rejimin müddəti 60 gün idi.
24 Aprel 2017 12:21 DünyaTürkiyə hakimiyyəti Rusiya vətəndaşları üçün vizasız rejimin müddətinin 90 günə qədər uzadıb. Bu haqda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Daha əvvəl Türkiyəyə səyahət edən Rusiya vətəndaşları üçün vizasız rejimin müddəti 60 gün idi.
Bu, Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü öncəsi Ankaradan Moskvaya verilən müsbət mesaj hesab oluna bilər. Dövlət başçıları mayın 3-də Soçidə görüşəcəklər. Publika.az "Anadolu" agentliyinə istinadən xəbər verir.