Araz Əlizadə insanları təxribata çəkir

"Sözləri varsa, üzümə desinlər. İş yerimi, Milli Məclisi tanıyırlar. Gəlsinlər, həmin sözləri üzümə desinlər. Əgər kişidirlərsə, gəlsinlər. Bizdə məhəllədə belə idi. Döyülən cavab verə bilməyəndə qaçıb söyüş söyməyə başlayırdı. İndi bunlar da sözlərini üzümə deyə bilmirlər, “Facebook”a girib məni söyürlər”.

"Sözləri varsa, üzümə desinlər. İş yerimi, Milli Məclisi tanıyırlar. Gəlsinlər, həmin sözləri üzümə desinlər. Əgər kişidirlərsə, gəlsinlər. Bizdə məhəllədə belə idi. Döyülən cavab verə bilməyəndə qaçıb söyüş söyməyə başlayırdı. İndi bunlar da sözlərini üzümə deyə bilmirlər, "Facebook"a girib məni söyürlər". Bu sözləri Araz bəy Facebookda onu "söyənlərlə" bağlı deyib. "OLAYLAR"-ın xəbərinə görə, məsələ ilə bağlı açıqlama verən hüquqşünas Rövşən Məmmədli deyib ki, Araz Əlizadə bununla yenə insanları təxribata çəkir: "Hamı bilir ki, Araz Əlizadənin toxunulmazlıq hüququ var. Kimsə gəlib onu Milli Məclisdə, eləcə də başqa yerdə söyməz. Ən azından Konstitusiyamıza hörmət xatirinə. Bəs bunları bilə-bilə Araz Əlizadə niyə insanları "kişi" olub olmamaqla təhqir edir?. Bu nə danışıqdır? Bu adam hələdə özünü məhəllə adamı sayır. Elə isə Milli Məclisin rəhbərliyi niyə onu deputatlıqdan azad edib məhəllərində haqq-hesab çürütməyə göndərmir?".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31