Masallı-Yardımlı yolunun çökən hissəsi bərpa olunub
İntensiv yağan yağışlar nəticəsində sürüşmə baş vermiş Masallı-Yardımlı avtomobil yolunun 17-ci kilometrlik hissəsi əsaslı şəkildə bərpa olunaraq sürücülərin istifadəsinə verilib.
24 Aprel 2017 11:34 Sosialİntensiv yağan yağışlar nəticəsində sürüşmə baş vermiş Masallı-Yardımlı avtomobil yolunun 17-ci kilometrlik hissəsi əsaslı şəkildə bərpa olunaraq sürücülərin istifadəsinə verilib. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, aparılmış bərpa işləri çərçivəsində uzunluğu 52 metr, eni isə 10 metr olan yolun 0.8-1 metr dərinliyinə qədər çökmüş hissəyə xüsusi material tökülərək kipləşdirmə işləri aparılıb. Kipləşdimə işlərindən sonra yola 2 qat olmaqla (7+5 sm) yeni asfalt-beton örtüyü döşənib. Ümümilikdə sözügedən hissənin 1750 m2 sahəsi asfaltlanıb. Bərpa işləri çərçivəsində zəruri olan yerlərə yol nişanları və məlumatverici lövhələr quraşdırılıb. Bununla da Masallı-Yardımlı yolunun qeyd olunan hissəsində avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə hərəkəti təmin olunub.
Qeyd edək ki, Masallı-Yardımlı avtomobil yolunun 17-ci km-də sürüşmə hadisəsi 2015-ci ilin sonlarında baş verib. Həmin vaxt sürüşən yola paralel olaraq 400 metr uzunluğunda alternativ yol salınmışdı.