Olland Makronu ikinci tura yüksəlməsi ilə əlaqədar təbrik edib
Fransa prezidenti Fransua Olland və sabiq iqtisadiyyat naziri Emmanuel Makron arasında telefon danışığı olub. Olland telefon danışığı zamanı Emmanuel Makronu prezident seçkilərinin ikinci turuna yüksəlməsi ilə əlaqədar təbrik edib. Xəbərdə deyilir ki, Olland bu gün çıxış etməyəcək. O, yalnız seçkilərin ikinci turunda kimə səs verəcəyini bildirəcək.
24 Aprel 2017 11:26 DünyaFransa prezidenti Fransua Olland və sabiq iqtisadiyyat naziri Emmanuel Makron arasında telefon danışığı olub. Olland telefon danışığı zamanı Emmanuel Makronu prezident seçkilərinin ikinci turuna yüksəlməsi ilə əlaqədar təbrik edib. Xəbərdə deyilir ki, Olland bu gün çıxış etməyəcək. O, yalnız seçkilərin ikinci turunda kimə səs verəcəyini bildirəcək.
Qeyd edək ki, dünən Fransada prezident seçkiləri keçirilib. Səslərin 85 faizinin hesablanmasında sonra Emmanuel Makron və Marin Le Pen prezident seçkilərinin ikinci turuna yüksəlirlər. Trend.az "Reuters"ə istinadən xəbər verir.